Modern.az

Azərbaycanlı deputatlar Eyfel qülləsində - FOTOLAR

Azərbaycanlı deputatlar Eyfel qülləsində - FOTOLAR

5 İyul 2013, 17:35

Milli Məclisin deputatları Hadi Rəcəbli və İlham Məmmədov Fransanın paytaxtı Parisdə səfərdə olublar. Modern.az-ın məlumatına görə, deputatlar Fransa səfəri zamanı bu ölkənin sosial müdafiə sistemi ilə yaxından tanış olub, mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Milli Məclis üzvlərinə fransalı mütəxəssislər tərəfindən sosial müdafiə sisteminin vahid maliyyələşdirilməsi və bu sistemin formalaşmasında tripartizm (dövlət, işə götürən və həmkarlar təşkilatları) prinsipinin önəmi ilə bağlı geniş məlumatlar verilib.

Sosial siyasət üzrə tanınmış alim, doktor Silven Korko bu sahədə Fransa hökumətinin uğurlu təcrübəsindən danışıb və mövcud problemləri deputatlarımızla bölüşüb. O, qeyd edib ki, vahid yığım məmbəyindən səhiyyəyə, sosial müavinətlərə, az təminatlı ailələrin və əlilərin müdafiəsinə dörd istiqamət üzrə maliyyə vəsaitləri ayrılır. Alim qeyd edib ki, Fransada əhalinin orta yaşının 80-ı keçdiyini nəzərə alsaq ölkədə pensiya ödəmələrində indi və gələcəkdə bir sıra problemlər yarana bilər. Odur ki,bu istiqamətdə indidən qabaqlayıcı tədbirlər görülməlidir

Daha sonra azərbaycanlı deputatlar ölkəmizdə bu sahədə görülən işlərdən danışıb, tibbi sığorta ilə bağlı gələcək planlarını Fransalı mütəxəssislərin diqqətinə çatdırıblar.

Millət vəkilləri bununla yanaşı dünyanın tanınmış istehsal mərkəzi, Fransanın ən böyük farmaseptik kompaniyası, ürək-damar xəstəlikləri, diabet, eləcə də neyropsixiatriya sahəsində tədqiqatlar lideri olan “Servier” şirkətinə baş çəkiblər və burada əsas komponentlərin alınmasından tutmuş konveyerdə qutulaşdırmaya kimi dərman preparatlarının istehsal prosesi ilə tanış olublar. Zavod öz təşkilatçılığı, bütün vacib tələblərə cavab verən yüksək keyfiyyətli və müasir avadanlıqları, steril təmizliyi və personalın mehribanlığı, gülərüzlüyü ilə deputatlara xoş təsir bağışlayıb.

Fransa səfəri çərçivəsində Milli Məclisin deputatları Hadı Rəbəbli və İlham Məmmədov Orleana şəhərinə, Şambor bölgəsinə səfər edib, tarixi abidələri və görməli yerləri ilə tanış olublar.


 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi