Modern.az

Mətbuat Şurası Jurnalistlərin Qurultayının vaxtını dəyişdi

Mətbuat Şurası Jurnalistlərin Qurultayının vaxtını dəyişdi

Qarabağ

5 İyul 2013, 19:01


”Müəyyən səbəblərə görə, Mətbuat Şurasının qurultayının vaxtını dəyişdirmişik”.  Bunu Modern.az saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, Mətbuat Şurasının qurultayı əvvəlcədən elan olunduğu kimi iyulun 12-də deyil, ayın 11-nə təyin edilib.

“Qurultay Rəşid Behbudov Mahnı Teatrında keçiriləcək. Günün birinci yarısında keçiriləcək qurultaya qeydiyyat səhər saat 9.00-da başlayacaq. Saat 10-da isə qurultay öz işinə başlayacaq”.

Qurultayla bağlı qəzetlərin yarıdan çoxunun nümayəndələr seçdiyini deyən Əflatun Amaşov onu da bildirdi ki, növbəti həftənin birinci günündə bu proses yekunlaşacaq.

“Qəzetlərin yarıdan çoxu qurultay nümayəndələrini seçib. Yəqin ki, birinci gün bu proses yekunlaşacaq. Artıq ikinci gündən bildirişlər, sənədlər redaksiyalara göndəriləcək. Nümayəndələr ayın 11-də Rəşid Behbudov adına Mahnı Teatrında Jurnalistlərin 6-cı Qurultayında iştirak edəcəklər”-deyə Əflatun Amaşov bildirib.  

Evsiz jurnalistlərə üçün tikilən binaın mənzillərinin kimlərə veriləcəyinə gəlincə, Ə.Amaşov “siyahının nə zaman açıqlanacağını deyə bilmərəm” söyləyib.   O, bildirib ki, Mətbuat Şurasına daxil olan bütün sənədlər Prezident Administrasiyasına göndərilib. “Biz öz missiyamızı yerinə yetirmişik. Bizim vəzifəmiz ondan ibarət idi ki, redaksiyalarda iclasların keçirilməsini təmin etmək, sənədləri toplayaq və ümumiləşdirək. Daha sonra isə həmin sənədləri Prezident Administrasiyasına təqdim etmək lazım idi. Biz də bu missiyanın öhtəsindən gəldik. Sənədləri toplayıb, ümumiləşdirib Prezident Administrasiyasına təqdim etmişik. Siyahı nə vaxt açıqlanacaq, deyə bilmərik”

Gültəkin ƏLƏSGƏR  
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!