Modern.az

İlham Əliyevin Qərb rayonlarına səfəri - FOTOLAR

İlham Əliyevin Qərb rayonlarına səfəri - FOTOLAR

Aktual

6 İyul 2013, 11:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən qərb bölgəsinə səfəri çərçivəsində Tovuz və Ağstafa  rayonunda da olub. Bir sıra istehsal və sosial obyektlərin açılışlarında iştirak edib.

O,  Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak edib. Mərkəzin maddi texniki bazası və digər imkanları barədə prezidentə genuiş məlumat verilib. Bildirilib ki, şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılıb.

Prezident Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Xatırladaq ki, Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2010-cu ilin dekabrında başlanılıb. Layihənin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya olan tələbatını tam ödəyəcək. Bu da əlavə yaşayış məntəqələrinin sistemə qoşulmasına imkan verir.

Prezident İlham Əliyev daha sonra Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olub.Dövlət başçısına 2,5 hektar ərazini əhatə edən parkda görülən işlər barəsində ətraflı məlumat verilib. İlham Əliyev iyulun 5-də qərb bölgəsinə səfəri zamanı Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunub.

Dövlət başçısı iki komandanın döyüş təlimini, stend atıcılığı və idman ovçuluq atıcılığı məşqlərini izləyib.
Qeyd edək ki, mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcək. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilmişdir. Mərkəz yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaq.
Məlumat verildi ki, atıcılıq idman növünün daha çox yayılmış olan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığının öyrədilməsinə də xüsusi yer ayrılıb. Mərkəzin ərazisində Olimpiya  arışlarında tətbiq olunan və bütün texniki inventarlarla təchiz edilmiş sahə də yaradılıb.

 


Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi