Modern.az

Rövşən Lənkəranski Türkiyədə avtoritetlərin yığıncağını keçirdi - naxçıvanlı “oğru”ya ad verildi - FOTO

Rövşən Lənkəranski Türkiyədə avtoritetlərin yığıncağını keçirdi - naxçıvanlı “oğru”ya ad verildi - FOTO

6 İyul 2013, 14:54

Cinayət aləminə yeni azərbaycanlı “qanuni oğru” gəlib. Bu, 2006-cı ildə Moskvada məhşur sabirabadlı Hikmət Muxtarovla birlikdə qətlə yetirilən avtoritet, culfalı Bayramın oğlu Zaur Talıbovdur.

Zaur Talıbov bu ada kriminal aləmdə nüfuzlu avtoritetlərdən biri olan Rövşən Lənkəranskinin xeyir-duasıyla nail ola bilib.

Rövşən Canıyevə yaxın mənbə Modern.az saytına bildirib ki, iyulun 4-də Türkiyədə axşam saatlarında Rövşən Lənkəranskinin başçılığıyıa gürcü, rus, qırğız və digər millətlərdən olan nüfuzlu “vor zakon”ların “sxodka”sı keçirilib. Oğru dünyasının tanınmış siması Rövşən Canıyev (Lənkəranski) Zaur Talıbovu “qanuni oğru” adına sahibləndirib.  Zaur Talıbovun 30 yaşı var.

Laçın SƏMLA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi