Modern.az

Şirvanda gənclər vətəndaş cəmiyyəti quruculuğunu müzakirə ediblər - FOTO

Şirvanda gənclər vətəndaş cəmiyyəti quruculuğunu müzakirə ediblər - FOTO

6 İyul 2013, 15:19

“Azərbaycan İnkişaf Mərkəzi”  İctimai Birliyi Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti  yanında   Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı  “Azərbaycanın regionlarında vətəndaş cəmiyyəti quruculuğu prosseslərinin sürətləndirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirini keçirib.

Toplantıda Azərbaycan  İnkişaf  Mərkəzinin  sədri Heydər Atayev,  Şirvan şəhər Gənclər İdman idarəsinin rəisi  Azər Quliyev  layihənin məqsədi barədə danışıblar. Qeyd olunub ki, tədbirin  xüsusi məqsədi ölkədəki ictimai yönümlü təşkilatların fəallığının, qərarvermə prosesində onların bacarığlarının artırılmasıdır. “Keçirəcəyimiz təlimlər vətəndaş cəmiyyəti təşkilatlarına birlikdə çalışmaq üçün bir sıra imkanlar  yaradacaq. Vətəndaş cəmiyyəti və ictimayyət içində həyata keçirilən sorğular, vətəndaş  cəmiyyəti təlimi bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və yaxşı əlaqələr qurmağa xidmət edəcək.”-deyə H. Atayev vurğulayıb.              

Tədbir çərçivəsində  ictimayyət arasında ölkənin vətəndaş cəmiyyəti təşəbüslərində  fəallığı ilə bağlı sorğu aparılıb.    


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir