Modern.az

"FlyOne Armenia" İrəvan-Tehran-İrəvan marşrutu üzrə reyslərə başlayacaq

Dünya

30 May 2023, 15:14

Ermənistanın ilk aviaşirkəti olan "FlyOne Armenia" İrəvan-Tehran-İrəvan marşrutu üzrə uçuşlara başlayacaq.

 

Modern.az xəbər verir ki, şirkətin açıqlamasını "Armenpress" yayıb.

 

Bildirilib ki, uçuşlara 2023-cü il iyunun 6-dan start veriləcək.

 

Məlumata görə, İrəvan-Tehran-İrəvan marşrutu üzrə “Zvartnots” beynəlxalq hava limanından Tehran beynəlxalq hava limanına uçuşlar təşkil olunacaq ki, reyslər həftədə 4 reys tezliyi ilə - bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri - uyğun qrafiklə və qiymətlə həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!