Modern.az

Hacıbala Abutalıbov Bakı fəhlələrini arxayın etdi: “Siz narahat olmayın ...”

Hacıbala Abutalıbov Bakı fəhlələrini arxayın etdi: “Siz narahat olmayın ...”

Aktual

8 İyul 2013, 17:46

Bakının Nobel prospektindəki fəhlə abidəsinin yerindən götürülməsinə etiraz edən Azərbaycan Fəhlə  Zəhmətkeşlər İttifaqının Bakı Şəhər  İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladığı müraciətə cavab verilib.
İttifaqın sədri Tofiq Məhərrəmovun Modern.az-a bildirdiyinə görə, H.Abutalıbov müraciətə cavab olaraq qeyd edib ki, Bakı şəhərinin Xətai rayonundan - Nobel prospektindən götürülən “Azad fəhlə  heykəli” Nizami rayonunda yerləşən Heydər Əliyev adına Bakı Neft  Emalı Zavodunun  yaxınlığındakı əraziyə köçürülüb.
”Hazırda heykəlin yeni yerində bərkidilməsi və ətrafında abadlıq işləri aparıldığı qeyd olunur” deyə T.Məhərrəmov H.Abutalıbova istinad edib.   Bakı  meri cavab məktubunda qeyd edib ki, yaxın günlərdə heykəlin quraşdırılması işləri başa çatdıqdan  sonra onun ziyarət  edilməsinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır