2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
Modern.az xəbər verir ki, bunu 2018-2023-cü illər arasında "Sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda mətbuat konfransında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
"Onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib", - o deyib.