Modern.az

“Vətən” bloku Obamaya etiraz etdi - BƏYANAT

 “Vətən” bloku Obamaya etiraz etdi - BƏYANAT

9 İyul 2013, 11:59

“Ədalət” və “Yaşıllar” partiyasından ibarət olan “Vətən” bloku  ABŞ və Avropa Birliyinin Misirdə baş verən hadisələrlə bağlı nümayiş etdirdiyi siyasətə etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir:

“Dünyada insan haqlarının və demokratiyanın qorunmasını prioritet hesab edən ABŞ və Avropa Birliyində təmsil olunan dövlətlərin Misirdə baş verən qeyri-qanuni hərbi çevrilişlə bağlı nümayiş etdirdikləri mövqe bu dövlətlərin əsl siyasətlərinin gerçək mahiyyətini yenə göstərdi. Türkiyədə süni yaradılmış etirazlara isterik reaksiya və vətəndaş qarşıdurmasına rəvac verən Qərb dövlətləri, nədənsə qanuni yolla seçilmiş Misir prezidentinin devrilməsini və həbsə alınmasını sükutla qarşılayıb, Misir xalqına “təmkinlə davranmaq” tövsiyyələrini verdi. Misir olayından əvvəl Myanmada müsəlmanlara qarşı törədilən qətliamın üzərindən sükutla keçən “demokratiya keşikçiləri”nin əsl siyasəti İslam dövlətlərinin inkişafının qabağının kəsilməsi, əsarətə alınması, parçalanması, əldəqayırma “xalq tərəfindən seçilmiş” hökumətin formalaşdırılması, sərvətlərinin talanmasıdır. Xristian təəssübkeşliyindən doğan  bu siyasətin əsl adı müstəmləkəçilikdir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu