Modern.az

Dəhşətli qatar qəzası: 294 ölü, 1000-dən çox yaralı

Dəhşətli qatar qəzası: 294 ölü, 1000-dən çox yaralı

Dünya

4 İyun 2023, 09:40

Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1000-dən çox insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

 

“Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb”, - məlumatda deyilir.

 

Hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunduğu bildirilib. Xəstəxanaya aparılmış 100-ə yaxın yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

Hindistan Dəmir Yolları Nazirliyindən bildirilib ki, artıq hadisə yerində bərpa işləri aparılır.

 

Qeyd edək ki, Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam saatlarında baş verib. Üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi