Modern.az

Misirdə seçkilərlə bağlı rəsmi QƏRAR: Fevralda keçiriləcək

Misirdə seçkilərlə bağlı rəsmi QƏRAR: Fevralda keçiriləcək

9 İyul 2013, 14:25



Misirin müvəqqəti hakimiyyəti yeni demokratik dövlətə keçid prosesinin vaxtını təyin edib. Modern.az ərəb KİV-lərinə istinadən xəbər verir ki, bu qərar “Müsəlman qardaşlar”ı ölkədə etiraz aksiyalarına çağırış etdikdən sonra gəlib. Müvəqqəti hökumət bazar ertəsi günü Qahirədə həyatını itirənlərə görə təəssüf hissi keçirdiyini bildirib. Müvəqqəti prezident Ədli Mənsur parlament seçkilərinin detallarını elan edib. Bu seçkilərdən sonra isə prezident seçkilərinin vaxtı məlum olacaq.

33 maddəlik fərmana görə, ölkənin mövcud konstitusiya layihəsinə dəyişiklik etmək, Konstitusiyanı referendumla təsdiq etmək və sonra parlament seçkiləri keçirmək üçün 5 ay vaxt olacaq. Bütün bu proseslər 210 gündən az vaxtda baş tutacaq. Fərmana görə, parlament seçkiləri ən gec fevral ayının əvvəlində keçiriləcək.

Peykər İbrahimova  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı