Modern.az

MDU-nun professorundan ETİRAF: “Erməni soyqırımı” olmayıb, Antanta uydurub”

MDU-nun professorundan ETİRAF: “Erməni soyqırımı” olmayıb, Antanta uydurub”

Dünya

9 İyul 2013, 14:32

Rusiyadakı erməni diasporu tanınmış alim, Moskva Dövlət Universitetinin Afrika və Asiya İnstitunun prezidenti Mixail Meyerə qarşı təzyiq kompaniyasına başlayıb.

Modern.az bildirir ki, buna səbəb alimin Rusiyanın “Kultura” (Mədəniyyət) telekanalındakı “Vlast Fakta” (Fraktın hakimiyyəti) verilişində erməni “soyqırımı”nın olmadığını deməsi olub. İyun ayında  “Kultura” (Mədəniyyət) telekanalındakı “Vlast Fakta” (Fraktın hakimiyyəti) verilişinə qonaq olan Mixail Meyer Rusiya-Türkiyə münasibətləri barədə danışarkən  Osmanlı imperiyasında və Türkiyədə erməni soyqırımı barədə bir neçə fikir səsləndirib.  
Mixail Meyerin fikrincə soyqırım amilindən qərb dövlətləri istifadə etib və ölənlərin sayını şişirdiblər. “Soyqırım mövzusunu Antanta və Avropa dövlətləri öz məqsədləri üçün ortaya atmışdılar. Halbuki qırğın hər iki tərəfdən törədilmişdi. Antanta isə erməniləri əzilən xristian xalqı kimi təqdim etməyə çalışırdı.” –deyə Meyer efirdə vurğulayıb.  

Bu açıqlamalar erməni diasporunda böyük hay-küyə səbəb olub.  Bununla bağlı ermənilət dərahal “Kultura” telekanalının rəhbəri Sergey Şumakova açıq məktub ünvanlamaq üçün imza toplama kompaniyasına başlanıb. Kanal rəhbərliyinə etiraz məqsədi ilə yazılan məktuba artıq 300-dən artıq diaspora ermənisi imza atıb. İmza sahibləri Rusiyada yüksək vəzifə sahibləri, ictimai təşkilar nümayəndələri və biznesmenlərdir.  
Çıxışı böyük rezonans yaradan professor Meyxet isə öz fikrində qalır. Belə ki, məsələyə münasibət bildirərkən o, əlavə edib ki, 1915-ci ildə iddia edildiyi kimi 1,5 milyon yox, 500 min erməni həlak olub. Ermənilərin onu məhkəməyə verməsindən qorxmadığını deyən Mixail Meyer qeyd edib ki, “ermənilər iddia edirlər ki, o hadisələrdə 1,5 milyon soydaşlarını itiriblər. Bu belə deyil. Mənim və bir çox avropalı tədqiqatçıların hesablamalarına görə ermənilərin itkiləri 500 min nəfərdən çox olmayıb. Hələ bu həlak olan insanların hansı səbəbdən həlak olduğu da araşdırılmadıdır. Osmanlı imperiyasında 1,5 milyon erməni yaşayıb. Ona görə 1,5 milyon erməninin öldürüldüyünü demək düzgün olmazdı. Bundan əlavə onların odlu və soyuq silahlarla öldürüldüyünü demək  düzgün olmazdı. Mənim məlumatlarıma görə onların əksəriyyəti köçürülmə zamanı həlak olub”.  

Erməni lobbisi isə Meyherin fikirlərini təkzib etmələri üçün Rusiyadakı ictimai təşkilatlara müraciət ünvanlayıb. Onlar həmçinin Rusiya Dövlət Dumasına müraciət edərək erməni “soyqırımını”n inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi hazırlamaları barədə xahiş ünvanlayıblar.     

Vüqar İsmayılov
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı