Modern.az

Misirdə yeni baş nazir və vitse-prezident təyin edilib

Misirdə yeni baş nazir və vitse-prezident təyin edilib

10 İyul 2013, 10:24


Misirin müvəqqəti prezidenti Ədli Mənsur keçid hökumətinə rəhbər təyin edib. Baş nazir postuna müvəqqəti olaraq Hazem əl-Beblavi gətirilib. O, keçmiş maliyyə naziri və liberal iqtisadçıdır.

Liberal müxalifətçi, Nobel sülh mükafatçısı Məhəmməd əl Baradeyi isə xarici məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin edilib.

Müvəqqəti prezidentin mətbuat xidməti bu təyinatlarla bağlı məlumat yayıb.

Müvəqqəti prezidenti Ədli Mənsur prezident və parlament seçkilərinin təyin edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən 15 gün ərzində Konstitusiya Şurası çağırılmalı və konstitusiyaya  düzəlişlər hazırlamalıdır. Bu dəyişikliklər  4 ay ərzində referendumla təsdiqləndikdən sonra isə fevralda ölkədə yeni parlament , bundan sonra isə prezident seçkisi  keçirilməlidir.

Misir ordusu ötən həftə islamçı prezident Məhəmməd Mursini devirib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir