Modern.az

Heydər Camal Misir hadisələrindən yazdı

Heydər Camal Misir hadisələrindən yazdı

İqtisadiyyat

10 İyul 2013, 12:50


Modern.az
xəbər verir ki, tanınmış azərbaycanlı islamşünas-alim, şərhçi Heydər Camal Misir hadisələrindən yazdı. “Hər kəs devrilə bilər, amma siyasi İslam qılıncdır” başlıqlı yazıda H.Camal Misirdə baş vermiş hərbi çevrilişin səbəb və nəticələrini araşdırır. O, qeyd edir ki, sözügedən ölkədə əhalinin böyük hissəsi devrilmiş prezident Mursini dəstəkləyir. Rəyi nəzərə alınmamış çoxluqda kənd əhalisi üstün mövqe tutur. Belə ki, Mursi hökuməti aqrar islahatlarla ölkəni səfalətdən xilas etməyə cəhdlər göstərirdi.

Heydər Camal qeyd edir ki, qədim zamanlardan bəri dünyanın əsas taxıl istehsalçılarından biri olan Misir bu gün acınacaqlı duruma düşərək taxılı idxal edir. “Mursu Misirin əkinçiliyini bu uçurumdan çıxarmaq üçün hər şey etdi. Kəndlilər geri dönməyə başladı. Sudan dövləti ilə anlaşaraq 2 milyon hektar ərazi icarəyə götürüldü”. Şərhçi qeyd edir ki, bu durum Misirdəki möhtəkir dairələri rahatsız edib və məhz onlar prezident əleyhinə siyasi etiraz kampaniyasını təşkil edənlər sırasında olublar. Heydər Camalın hərbi çevrilişin əsas təşəbbüskarı haqda rəyi qətidir: “Çevrilişi ABŞ təşkil etdi, icraçısı isə onun tərəfdarı olan Misir ordusudur”.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir