Modern.az

Parlamentdə iki sazişin ratifikasiyası müzakirə edilir

Parlamentdə iki sazişin ratifikasiyası müzakirə edilir

Parlament

6 İyun 2023, 16:04

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilir. 

 

Modern.az xəbər verir ki, iclasda iki sazişin ratifikasiya edilməsi müzakirə olunacaq. 

 

Bunlar aşağıdakılardır:

 

- “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

 

- “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə