Modern.az

Azərbaycanda 84 reket qəzet-jurnal var

Azərbaycanda 84 reket qəzet-jurnal var

11 İyul 2013, 12:06

Azərbaycan jurnalistlərinin bugünkü qurultayında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun "Qara siyahı"sında 84 KİV-in adının yer aldığını deyib.

 Onun sözlərinə görə, 2008-ci ildə adları "qara siyahı"ya salınan reket qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatıb.

Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyətilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının "Qara siyahı"ya salınması ilə yetərli saymayıb. Şuranın tərkibində yaradılan "Apellyasiya qrupu"nun apardığı araşdırmalardan sonra düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatın 135 illik yubileyi münasibətilə "Qara siyahı"dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edilib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb.

”Hazırda "Qara siyahı"da 84 KİV-in adı yer alıb"-deyə Ə.Amaşov qeyd edib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir