Modern.az

3 otaqlı evdə yanğın - 4 nəfər xəsarət aldı 

3 otaqlı evdə yanğın - 4 nəfər xəsarət aldı 

Hadisə

12 İyun 2023, 23:43

Quba rayonunun Dərk kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Yanğın zamanı 4 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Masallı rayonunun Yeyənkənd kəndində həyətyanı ərazidə yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və 6 ədəd elektrik açarı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Bakı şəhərinin Nəsimi rayonunda “İsuzu” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat