Modern.az

Şahrux Xan namaz qıldı - “Ramazanınız mübarək” yazdı - FOTO

Şahrux Xan namaz qıldı - “Ramazanınız mübarək” yazdı - FOTO

16 İyul 2013, 19:01

Məşhur hind aktyoru Şahrux Xan Ramazan ayının başlanması ilə bağlı özünün sosial şəbəkəsindəki səhifəsində status paylaşıb. Modern.az bildirir ki, “xoş gəldin mübarək Ramazan” deyə yazan Şahrux Xan özünün namaz qılarkən çəkilmiş fotosunu paylaşıb.

Şahrux Xan 2 noyabr 1965-ci ildə Hindistanın paytaxtı olan Yeni Dehlidə müsəlman ailəsində dünyaya göz açıb. Onun atası Tac Məhəmməd Xan Pathan Hindistanın müstəqillik aktivistlərinin üzvlərindən biri idi. Xana görə onun ata tərəfdən olan babası mənşəcə əfqanıstanlı olub. Onun anası Lətif Fatimə Hindistan Milli Ordusunda xidmət etmiş Cancua Racput qəbiləsindən olan general-mayor Şah Navaz Xanın qızı olub. Xanın atası Hindistanın parçalamasından əvvəl Pişəvəridə yerləşən Qissa Khavani Bazar-dan Yeni Dehliyə gəlib.

İqtisadiyyat fakültəsini bitirib bakalavr dərəcəsi calan aktyor öz karyerasına teatrda başlayıb. Onun rol aldığı 12 film bütün dünyada 18.2 milyon dollardan çox gəlir əldə edib. Bu uğur da onu Hind kinosunun ən müvəffəqiyyətli və aparıcı aktyorlarından birinə çevirib.

Xan kinematoqrafiya tarixində ən böyük ulduzlarından biri hesab edilir və fanatlarının sayı 1 milyardı keçib. 2011-ci ildə tanınmış “Los-Anjeles Tayms” qəzeti onu “dünyanın ən böyük kino ulduzu” adlandırıb. Xan ehtimala görə 540 milyon dollarlıq kapitala malikdir. 
Şahrux hind film prodüseri və interner dizayneri olan Qauri Xanın həyat yoldaşıdır. Onlar 1991-ci ildən etibarən evlidirlər və iki uşağı var.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər