Modern.az

Kastamonuda ZƏLZƏLƏ

Kastamonuda ZƏLZƏLƏ

Dünya

22 İyun 2023, 09:04

Türkiyənin Kastamonu vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Doğanyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 6.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə Qara dənizdə də hiss olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı