Modern.az

İki tanınmış jurnalistin qızları yüksək balla ali məktəbə daxil oldu

İki tanınmış jurnalistin qızları yüksək balla ali məktəbə daxil oldu

Media

17 İyul 2013, 15:03

Ali məktəblərə qəbul imtahanların III ixtisas qrupu üzrə nəticələr açıqlandı, 4 nəfər 700 bal, 495 nəfər 600-dən yuxarı bal toplayıb. Bu il yüksək nəticə göstərənlər içərisində jurnalsit övladları da  var. Tanınmış jurnalistlər Xalid Kazımlı və Könül Şamilqızının övladları III istisas qrupu üzrə 600-dən yuxarı bal toplayıb. Modern.az jurnalist valideyinlərdən təəssüratlarını öyrənməyə çalışıb.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı qızı Fidan Asiflinin yüksək nəticə göstərməsi ilə qürurlandığını bildirib. O, qeyd edib ki, TQDK-nın nəticələrinə əsasən, qızı 660 bal toplayıb. “İlkin hesablamalarda, yəni özümüz hesablayanda  670 bal idi. Nəticələr açıqlananda məlum oldu ki, qızım mexaniki bir səhv edib və cavabı düzgün qeyd etməyib. Ona görə, 10 bal aşağı düşdü”.

X.Kazımlı qızının hüquqşunas olmaq istədiyini və bunu hələ 9-cu sinifdən oxuyarkən qarşısına məqsəd qoyduğunu qeyd edib. “9-cu sinifdən fikri hüquqşunas olmaqdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçəcək. Prezident yanında Dövlət İdarəçilik Akademiyasını da seçə bilərdik. Amma orada müsabiqə vəziyyəti yüksək olacaq, çünki 600-dən yuxarı bal toplayanlar kifayət qədərdir”.

X.Kazımlı qeyd edib ki, əgər xaricdə oxumaq şansı mümkün olarsa, onlar bundan da yararlanacaqlar. “Xaricdə oxumaq şansı yaranarsa, təbii ki, yararlanacayıq. Amma fikrimcə, 700 bal və 690 bal toplayan abituriyentlərə şərait yaradılacaq. Əgər qeyd etsələr ki, 650-dən yuxarı bal toplayanlar üçün belə imkan yaradılır, biz də təbii ki o imkandan istifadə edərik, qızım da Türkiyədə, Amerikada təhsilini davam etdirər”.

Hazırda qardaş Türkiyədə - “TRT Türk”də çalışan jurnalist Könül Şamilqızının qızı Ülkər Əliyeva isə 685 bal toplayıb. Xanım jurnalist qızının yüksək nəticə göstərəcəyinə əmin olduğunu bildirib. “Əmin idim ki, qızım yüksək nəticə göstərəcək. Çünki sınaq imtahanlarında 600-dən aşağı bal toplamayıb. Çox çalışırdı və axırda əməyinin bəhrəsini aldı”.

K.Şamilqızı bildirib ki, qızı təhsilini Azərbaycanda davam etdirəcək. “Qızım təhsilini Azərbaycanda davam etdirəcək, xarici ölkədə oxumaq planlarımızda hələlik yoxdur. Amma hansı universitetdə oxuyacağını dəqiqləşdirməmişik. İstəyi hüquqşunaslıq və ingilis dili üzrədir. Hələki bir ay vaxtımız var, tələsmirik, düşünüb hansı universitet və fakültə olacağına qərar verəcəyik”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi