Modern.az

Milli Məclisin deputatı: “Azərbaycan dilini bilməməyim bədbəxtçiliyimdir” - MÜSAHİBƏ

Milli Məclisin deputatı: “Azərbaycan dilini bilməməyim bədbəxtçiliyimdir” - MÜSAHİBƏ

17 İyul 2013, 15:10

Mixael Zabelin: “Təəssüf ki, Putinlə görüşməmişəm, görüşsəm Azərbaycandakı rusların vəziyyətini ona deyərəm”


“Rüstəm İbrahimbəyov məsələsi məişət söhbətidir”

Hamı onu Milli Məclisdə danışmayan, müzakirələrdə fikir bildirməyən passiv millət vəkili hesab edir. Hətta jurnalist sorğularında da onun adı bu problemlə hallanıb.

Zabelin Mixail Yuryeviç 1946-cı ildə Bakıda anadan olub. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatdır. Azərbaycanda Rus icmasının rəhbəridir.

Modern.az saytı deputatdan müsahibə alıb. Mixael Zabelin Azərbaycan dilində yaxşı danışa bilməsə də, bizi yaxşı başa düşür və suallarımızı dolğun cavalandırdı.

“Rusiya-Azərbaycan münasibətləri başqa mərhələyə keçid alıb”

- Söhbətimizə Rusiya – Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti ilə başlamaq istərdik. Siz ölkələrarası münasibətlərin hazırkı vəziyyətini necə dəyərlındirirsiniz?

 - Son zamanlar Rusiya- Azərbaycan münasibətləri haqqında çox yazılır. Bir çox hadisələrin baş verməsi insanlarda ölkələrarası münasibətlərin pozulması fikrini yaradıb. Bəziləri hazırda bu münaibətlərdə gərginlik olduğunu da düşünür.

Amma mən belə düşünümürəm. Bəli, həqiqətən aramızda mübahisəli anlar ola bilər. Hazırda problemlərdən biri də Dağlıq Qarabağ münaqişəsini  həlli ilə bağlıdır. Bu problemlə bağlı Rusiya ilə aramızda obyektivlik yönündə narazılıq var. Çünki Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Qarabağ mövzusunda qeyri-obyektivlik bizim vətəndə narazılıqla qarşılanır. Bundan əlavə bildiyiniz kimi,  Novorossiysk neft ixracı və Qəbələ RLS-lə olan müqavilələr dayandırılıb. Belə məqamlar ölkələrarası münasibətlərin zəiflədiyi kimi göstərilir. Düzdür, bu soyuqluq müxtəlif sahələrdə, əsasən iqtisadi sahədə ola bilər. Amma bu göstərici deyil. Son zamanlar biz Rusiyanın regionları ilə işləməyə başlamışıq. Vladimir Putinin cənab İlham Əliyeva edilən sonuncu  telefon zəngi bir daha sübut etdi ki, ölkələr arasında münasibətlər, prezidentlər arasında əlaqələr davam edir. Biz də son zamanlarda Astarxan bölgəsi ilə işlər görür, əlaqələrimizi davam etdiririk. Bizim diasporumuz da - Rusiya Azərbaycanlıları Konqresi də çox gözəl fəaliyyət göstərir. Prezidentin qızı Leyla xanım Rusiyada Gənclər Təşkilatına rəhbərlik edir. Bu yaxınlarda Rusiya prezidenti Putin Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevi “Dostluq” ordeni ilə təltif etdi. Hazırda Volqoqrad bölgəsinin Qaradağ rayonu ilə münasibətləri davam edir. Rayonun icra başçısı ilə görüşlər keçirilir. Bu yaxınlarda Saratov bölgəsinin nümayəndələri qonağımız olmuşdu. Yəni onu demək istəyirəm ki,  regional səviyyədə mədəni, sosial, iqtisadi əlaqələrimiz tam inkişafla davam edir. Bu yaxınlarda Volqoqradda Azərbaycan-Rusiya Humanitar Forumu keçirildi. Rusiya və Azərbaycan dövlət nümayəndələri orada iştirak edirdi. Ölkələr arası münasibətlər soyumayıb, davam edir, sadəcə başqa bir mərhələyə keçid alıb.

Bilirsiniz, qarşıdan prezident seçkiləri gəlir. Bu səbəbdən yaxın zamanlarda münasibətlərdə hər hansı bir yöndə dəyişiklik gözləyə bilmərik. Çünki bizim ölkədaxili problemlərimiz var və seçki ərəfəsində onları həll etməyə çalışırıq.

“Azərbaycanda ruslara sevgi var”

- Siz eyni zamanda Azərbaycandakı rus icmasının rəhbərisiniz. Azərbaycandakı rusların vəziyyəti necədir? Onlara qarşı davranışların səviyyəsi hansı vəziyyətdədir?

- Azərbaycan-Rusiya münasibətlərindən danışarkən ölkə rəhbərinin və xalqın burada yaşayan ruslara qarşı yaxşı münasibətini vurğulamamaq olmaz. Siz bilirsiniz ki, elə bir dönəm var idi ki, nəinki ruslar, hətta azərbaycanlılar, yəhudilər, ukraynalılar və başqa millətlər Azərbaycanı tərk edirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra ruslarda problemlərinin obyektiv  həll olunacağı ümidi yarandı. Heydər Əliyev hakimiyyətə gəldikdən bir ay sonra mənə zəng elədi ki, qarşıda hansı bayramlarınız var. Dedim ki, İsanın doğumu yaxınlaşır. Dedi ki, “bayramınızda mən də iştirak edəcəyəm”. Biz bayramı keçirdik, o da iştirak etdi. Bayramımızda Heydər Əliyev çıxış edərək dedi ki, “Artıq hakimiyyətə mən gəlmişəm, heç yerə getməyin. Siz də Azərbaycan vətəndaşısınız. Mən sizin hüquqlarınızın qorunmasına söz verirəm. Azərbaycanın çoxmillətli xalq olması bizim üçün də önəmlidir”. Onun bu siyasəti Prezident İlham Əliyev rəhbərliyində də davam edir. Biz ruslar, nəinki ruslar bütün Azərbaycanda yaşayan millətlər Heydər Əliyevə, onun davamçısı İlham Əliyevə çox minnətdarıq. Heydər Əliyev də biz rusların bayramlarında iştirak edirdi. İlham Əliyev də bayramlarımızda iştirak edir. Bu da onların ruslara olan hörmətinin ifadəsidir.


- Rus dilinin əvvəlki statusunun saxlanılması barədə nə düşünürsünüz?

- Məncə rus dili tətbiqinin saxlanılması çox önəmlidir. Heydər Əliyev də, İlham Əliyev də dəfələrlə deyib ki, rus dilinin tətbiqi lazımdır. Millət nəinki rus dilini, bütün dilləri bilməlidir. Bu xalqın intelektual səviyyəsinin artmasına yardım edir. Rus dilini bilmək daha çox kitablar oxumaq şansı deməkdir. Rus dilini bilənlərin bir çox qəzet, jurnal, saytla maraqlanmaq imkanlarını genişləndirir. Onlar rus dili vasitəsi ilə öz texniki biliklərini də artıra bilirlər.

Yaxşı olar ki, Azərbaycanlılar nəinki rus dilini, eləcə də alman, ingilis dilini yaxşı bilsin. Prezindetimizə baxın, neçə dil bilir. Hər bir ölkənin rəhbəri ilə onun öz dilində danışmaq prezidentimizin hörmətini də artırır. Rus dilin tətbiqinə gəldikdə isə Azərbaycanda Ermənistan və Baltikyanı ölkələrdə olduğu kimi problemlər yoxdur. Rus dili bu ölkələrin istifadəsindən çıxarılmaqdadır. Onlar daha çox üstünülüyü öz dövlət dillərinə verirlər. Burada yaşayan ruslar, ukraynalılar, yəhudilər  bizim dövlət dilini bilirlər. Çünki əgər onlar dili bilməsəydilər professional cəhətdən, eyni zamanda ictimai-siyasi həyatlarında problemlər yaşaya bilərlər.

Bu yaxınlarda “Kommersant” qəzetinin nümayəndələri bura gəlmişdi. Biz onlarla rayonları gəzdik, İvanovka kəndində olduq və eyni zamanda rus dili barəsində də danışdıq.

Bildiyiniz kimi ölkədə rus dilində təhsil verən məktəblərin və rus bölmələrinin sayı çoxdur. 15 mindən çox tələbə ölkədə rus dilində təhsil alır. Azərbaycanda 120 mindən artıq rus yaşayır. İvanovka kəndinin özündə 3 mindən artıq rus yaşayır. Bu da o deməkdir ki, onlar dövlətimizə, hakimiyyətimizə, Prezidentimizə inanırlar. Bura bizim vətənimizdir. Ruslar əmindirlər ki, buradan heç yerə getməyəcəklər.  
Yuri Kovalyov kimi qəhrəman övladlarımız olub ki, onlar Azərbaycanın ərazi bütövlüyüyn bölünməsinə qarşı çıxıblar. Amma Ermənistanda ruslara qarşı belə isti münasibət yoxdur. Mən Rusiyada jurnalistlərə demişdim ki, Ermənistan parlamentdə bir rus deputat görə bilməzlər.

Azərbaycanda kilsələrin sayı artır. Heydər Əliyev Fondu köhnə kilsələri yenidən bərpa etdirir. Kilsələrdən birini Aydın Qurbanov bərpa etdirmişdi. O, Rusiyada yaşayırdı, biznemen idi. Gözəl bir kilsə tikdirmişdi. Düzdür, indi rəhmətə gedib. Allah rəhmət eləsin. Daha yeni bir kilsə Sabunçu vağzalı yaxınlığında inşa edilib.

Demək istəyirəm ki, ruslar Azərbaycanda onlara qarşı olan hörməti hiss edirlər. Bu hörmət, yaxşı münasibət təkcə hakimiyyət tərəfindən deyil, xalq tərəfindən də hiss edilir. Bəzən mənə məktub yazıb, öz problemlərini bildirir, kömək etməyimi istəyirlər. Mənə müraciət edənlər deyirlər ki, siz russunuz, əminik ki, məsləyə daha obyektiv yanaşacaqsınız.

Sonradan Rusiyaya köçən insanlardan məktublar alıram. Onlar gedib Rusiyada yaşaya bilmirlər. Çünki burada doğulub, buranın mentaliteti ilə yaşayıblar.  Rusiyada baş verən bir çox hadisələri qəbul etmir, hətta övladlarımızı ora  buraxmağa qorxuruq. Biz Azərbaycan ruslarıyıq. Tarixi vətənimiz Rusiya olsa da, Azərbaycan da bizim Vətənimizdir. Bu səbəbdən hər zaman çalışırıq ki, Rusiya-Azərbaycan münasibətləri inkişaf edən fazada olsun.


- Deyirsiniz ki, Azərbaycanı vətəniniz hesab edirsiniz, burada sizə doğma münasibət var. Ermənistandan bu məqamda narazılıq ifadə etdiniz.

- Mən hər zaman misal çəkirəm ki, baxın Ermənistanda 2 min rus yaşayır, Gürcüstanda 3 min, Azərbaycanda isə 120 min. Fərqi görürsünüzmü?  Bu o deməkdir ki, ruslar Ermənistanı tərk edir.  Ermənistan monoetnik ölkəyə çevrilib. Məndə olan məlumata görə, Ermənistanda çox az rus məktəbləri qalıb və həmin məktəblərə erməni uşaqlarını götürmürlər. Yadıma gəlir ki, sovet dövründə Rusiyada ermənilərlə danışanda onlar bizim sözümüzü kəsib, dilimizi başa düşmədiklərini deyirdilər. Rusların ölkədən çıxarılmasını istəyirlər. Mən düşünürəm ki, bu ölkəyə zərər verəcək. Monoetnik bir ölkə kimi zamanla əriyib itəcəklər. Orada kiçik bir rus kəndi, Malakan kəndi qalıb ki, orada da çox az rus yaşayır.  Bu yaxınlarda orada yaşayan  bir rusla Moskvada görüşdüm. Onun sözlərinə görə, rusların oradakı vəziyyəti çox acınacaqlıdır.

Mən düşünürəm ki, Rusiya bu fikrə də diqqət yetirməlidir. Hansı ölkənin ruslara daha çox önəm verdiyini nəzərə almalı, nəticə çıxarmalıdır. Bu səbəbdən bizim ATƏT-in Minsk qrupuna qarşı narazılığımız var ki, onlar bu məsələləri müqayisə etmirlər. Rusiya Dumasının deputatları ilə görüşlərimdə bunu dilə gətirirəm. Təəssüf ki, hələ Putinlə görüşməmişəm. Amma görüşsəm ona da deyərəm.

“Rusiya Ermənistandakı hərbi bazasını Kiprə köçürə bilər”

- Siyasi müstəvidən nəzər salanda Dağlıq Qarabağ münaqişəsinin ardında Rusiyanın dayandığı söylənilir bəzən. Siz bu barədə nə düşünürsünüz?

- Mən bir az tarixə nəzər salmaq istəyirəm. Xocalı hadisəsi zamanı hər yerdə bu hadisənin rus əsgərləri tərəfindən həyata keçirildiyi yazılırdı. O zamanlar Sovet ölkəsi idi. Bilinmir ki, onlar rus olub, yoxsa Rusiya tatarları. Həmin ordu muzdlulardan ibarət idi və tankların çoxunda ermənilər olub. Təbii ki, Rusiya ordusunun əsgərləri də olub. Amma təəssüf ki, onların heç biri layiqli cəzasını almadı. Mən o zamanlar bu məsələləri həll etmək üçün çalışırdım, Sovet İttifaqı dağılandan sonra heç nə etmək mümkün olmadı. Bu bir kənara, indiki vəziyyətə gəldikdə isə bu vəziyyətdən çıxış yolu görmürəm. Əgər gücümüzdən istifadə edib, Konstitusiyaya uyğun bir vəziyyət yaratmasaq, çətin olacaq. Vaxt var idi ki, Rusiya da bu vəziyyətdə idi. Rusiya Çeçenstanda öz Konstitusiyasını keçərli etmək istəyəndə dünya ölkələri öz etiraz reaksiyalarını bildirirdi. Amma Rusiya bunu bacardı. Bizə isə bu imkan verilmir. Təbii ki, biz hər şeyi sülh yolu ilə istəyirik.  Amma nə qədər olar? Artıq 20 ildir ki, bu məsələ öz həllini tapmır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, bir çox ölkələr Azərbaycanın haqlı olduğunu bilsə də,  bu məsələ həll edilməmiş qalır.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında təbii ki, böyük rolu prezidentimiz oynayır. Əgər nə vaxtsa sülh deyil, müharibə yolu ilə Qarabağ probleminin həllinə başlasaq, Rusiya bu müharibəyə qarışmayacaq. Mən özüm Rusiyada yüksək səviyyəli dövlət məmurları ilə bu  barədə danışmışam. Onların  heç biri bu müharibədə olmaq istəmir. Yəni Ermənisatana heç bir kömək edilməyəcək. Çünki söhbət Azərbaycanın öz torpaqlarından gedir. Hər hansı bir ölkənin Ermənistana hücumundan yox. Sadəcə, biz bilirik ki, burda müxtəlif ölkələrin maraqları var. Fransa, Amerika bu məsələyə birmənalı yanaşmır. Müharibə olarsa, bu ölkələr bizə mane ola bilərlər. Və bu da dünya arenasında bizim ölkəyə zərər verə bilər. Hərbi yolla bu məslənin həllinin necə çətin olduğunu Prezidentimiz bilir və ona görə də sülh yolu ilə həllinə nail olmaq istəyir. Bu gün Ermənistan küncə sıxılıb, çıxılmaz vəziyyətdədir. Rusiya hərbçilərinin orada yerləşməsi hələ o demək deyil ki, sabah da orda olacaqlar. Bu gün ordadır, sabah Kiprdə ola bilər. Bu barədə söhbətlər gedir. Rusiya hərbi bazaları xaricdən görüntüdür. Amma Azərbaycanın daxilinə gəldikdə, mən və bir çox hüquqşünaslar hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü üçün  Konstitusiya qaydalarını ortaya qoymalıdır. Ümid edirəm ki, məsələlər həll ediləcək.


“Qorbaçovun köməkçiləri arasında erməni var idi”

- Bir söz deyim sizə, mən müharibə zamanı hardasa bir il yarım Qarabağda oldum. Vəziyyət heç də yaxşı deyildi. Biz normal yemək və çimmək üçün Şuşaya gedirdik. Şuşaya gedəndə qarşımızda Salatın Əsgərova gedirdi. Sonra bizə getməyə icazə vermədilər. Çünki ermənilər atəş açaraq Salatın Əsəgərova və rus zabitləri öldürmüşdülər. Qarabağda qaldığım müddətdə tək olanda ermənilər deyirdilər ki, “biz müharibə istəmirik. Bizim də ailələrimiz var. Azərbaycan gözəl ölkədir”. Çünki onlar arasında azərbaycanlı ilə evlənənlər az deyildi. Amma elə ki, 10-20 nəfər bir yerə yığılırdı, başlayırdılar məni təhqir etməyə ki, “sən türkə satılmısan. Özünü necə rus hesab edirsən?”.

Yəni onların arasında da insanların fikrini dəyişməyə qalxanlar çoxdur. Özünüz fikir verin,  Dəmirçiyan Azərbaycan tərəfinə çalışmağa başalayan kimi öldürüldü. Onun kimi çox erməni var. Orada aereportun rəisi var idi. Azərbaycana münasibəti düşmənçilik deyildi. Onun bütün ailəsini məhv etdilər. Demək istədiyim odur ki, belə hərəkətlərlə insanların fikrini dəyişməyə nail olurlar. Kim danışrısa terrorçular onun qarşısını alırlar. Və fikir verin ki, ən çox terrorçular da Ermənistandan çıxır. Ter-Petrosyan müqavilə bağlamağa hazır idi, onu məcbur etdilər ki, vəzifəsini tərk etsin. Buna görə, də hamı bilir ki, kim öz fikrini desə məhv ediləcək. Orada cəmiyyətə fikrini deməyə, fikir formalaşdırmağa  imkan vermirlər. Ermənilər Rusiyada da saysız terror aktları həyata keçirlər. 

Ölkə başçımız çalışır ki,  Azərbaycan həqiqətlərini dünyaya çatdırsın, diaporumuz da bu işdə ona bacardığı qədər yardım edir.

- Bəzən Qarabağ məsələsində üçüncü və həlledici tərəf kimi Rusiya göstərilir.

- Bilirsiniz, iş orasındadır ki, Ermənistanın Fransada, Rusiyada və Amerikada diasporu çox güclüdür. Rusiyadakı ermənilər Fransa və ABŞ-a nisbətən daha aqressivdilər Qarabağ mövzusunda. Onlar çox yüksək vəzifələrdədirlər. Hətta Qorbaçovun köməkçiləri arasında erməni var idi. Düzdür, prezidentimiz həqiqətlərimizi dünyaya çatdırır, amma erməni diasporu çox güclüdür. Bir müddət öncə Qazaxıstan Ermənistanın Vahid Gömrük İttifaqına daxil olmasına qarşı mövqeyini bildirmişdi. Bura başqa ölkələr də daxil idi. Amma təəssüf ki, biz hələ Avropanın özünün bu məsələyə qarşı olmasına nail ola bilməmişik. Məsələn, Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması ilə bağlı qətnamələrini yerinə yetirmir.

Düşünürəm ki, Fransa və ABŞ-da erməni diasporu fəal olduğu üçün bu ölkələr Qarabağ münaqişəsinin ədalətli həllinə maneə olacaqlar.



“Azərbaycanlı milyarderlərdən razı deyiləm”

- Son zamanlar Rusiyada imkanlı azərbaycanlıların cəmləşdiyi RATİ barədə müxtəlif fikirlər dolaşır. Bu barədə nə deyə bilərsiniz?

- (gülür) “Milyarderlər İttifaqı”…. Bu qapalı bir təşklatdı. Məndə olan məlumata görə, orada erməni yoxdur. Mənim fikrimcə, biznes adamları siyasətdən uzaq olurlar. Onlar ancaq öz bizneslərinə aid olan məsələlərə toxunur, hansınınsa siyasətə  toxunacağını düşünmürəm. Düzünü deyim, məni Azərbaycanlı milyarderlər qane etmir. Onlar dünyada söz sahibi olan insanlardır. Mənə elə gəlir ki, çox aktiv olmasalr da, Qarabağ mövzusunda nəsə edə bilərlər. Amma mən bunu görmədiyim üçün düşünürəm ki, onlar öz biznesini itirməkdən çəkinirlər. Məncə onlar öz milyonları sayəsində istəsəydilər Qarabağı çoxdan almışdılar. “Milyarderlər İttifaqı”nda konkret siyahı yoxdur, bu dəyişə bilir. Bu qurum həqiqətən dünyada böyük gücə malikdir.

- Qarşıdan seçkilər gəlir. Milli Şuranın yaranması və Rüstəm İbrahimbəyovun da vahid namizəd kimi göstərilməsinin Rusiya tərəfindən hazırlandığı düşünülür.

- Bu sualı mənə çox verirlər. Axı Rusiyanın Azərbaycanın  president seçkilərində iştirak etməsi  Rusiayaya nə qazandıra bilər? Rusiya niyə iştirak etsin ki? Ölkələrarası münasibətlər çərçivəsində baxsaq, dünyada çox ölkələr var, Rusiyanın  gücü çatmaz ki, istədiyi yerdə istədiyi  prezidenti seçsin. 

Rüstəm İbrahimbəyov məsələsinə gəldikdə isə bu, məişət söhbətidir. Məncə onun xətrinə dəyilib, maraqlarına toxunulub.

Belə insanlar çoxdur həyatda. Məncə İbrahimbəyov sadəcə haqlarının tapdandığını düşündüyü üçün başlayıb hakimiyyətin çatışmazlıqları haqqında danışmağa və bu addımı atmağa. Adama deyərlər, 10 il əvvəl hardaydın? 10 il əvvəl niyə bu problemlərdən danışmırdın? Burada sənə nəsə edəndən sonra başlamısan hər yerdə Azərbaycanı qaralamağa.

Gəlin açıq danışaq, şəxsən mən İlham Əliyevə alternativ görmürəm. Onun görkəmi, danışığı, Azərbaycanın inkişafı yolunda olan addımları təqdirəlayiqdir.

Deyirlər Azərbaycanda korrupsiya var. Korrupsiya harda yoxdur ki? Rusiyada da var, Amerikada da var. Harda ki, böyük pullar var, orada korrupsiya var. Onunla mübarizə aparmaq mütləqdir. Prezident bununla bacardıqca mübarizə aparır. Amma bu 1-2 ilin məsələsi deyil. Amma açıq danışaq, hansısa “JEK” rəisi rüşvət alrısa, buna president neyləsin? Mənə bəzən şikayət edirlər, rüşvət barədə. Deyirəm oturun şikayət ərizəsi yazın. Deyirlər yox, yazmırıq, özünüz həll edin. İnsanlarımız öz haqqlarını tələb etmək istəyirlərsə, bunu etməlidirlər sözsüz.

Seçkiyə gəldikdə isə bu xalqın seçimidir. Xalq kimi istəsə seçəcək. Xalq qərarını özü verəcək. Zavod və fabriklər bir günə tikilmir. Rayonlarımızda insanların işləməsi üçün zavodlar tikilir. Düşünürəm ki, yenə xalq doğru seçiçim edəcək.

Müxalifətə gəldikdə isə mən yeni simlara görmürəm. Hamısı müəyyən zamanlarda idarəçilikdə olub. Şəsxən mənim üçün bütün Milli Şuranı və İlham Əliyevi  tərəzinin gözünə qoysalar prezidentimiz daha üstün olar, layiqli və dəyərli olar. Bu ölkəni Heydər Əliyev ayaqda saxladı və İlham Əliyev onun yolunu davam etdirir. Xalq İlham Əliyevi seçməklə düzgün seçim etmiş olacaq.

 “Mənim bədbəxtiyim budur ki, Azərbaycan dilində yaxşı danışa bilmirəm”

- Mixail Yuryeviç, seçicilərinizlə görüşürsünüzmü? Hansı problemlərlə sizə müraciət edirlər?

- Əlbəttə görüşürəm. Baxın, mənə 20 nəfər teleqram göndərib və onların haqlı olduğunu düşünürəm. Onların problemləri ilə yaxından maraqlanıram. Bu insanlar uzun müddətdir ki, Lökbatanda köhnə evlərdə yaşayırlar. Neft Şirkətində çalışıblar, ev növbəsində də olublar. İndi onların evləri İcra Hakimiyyətinin balansına verirlir. Onlar ortada qalıblar. Belə addımları atarkən, qərar verərkən qərarların arxasında canlı insanların durduğunu unudurlar. İnsanlar da qəzəblənir. Şikayətlənib deyirlər ki, seçkilərə getməyəcəyik. Onları başa salıram ki, bunlar müxtəlif məslələrdir. 

Mən seçicilərlə görüşərkən onların haqlı olduğunu görürəm. Özünüzdə görürsünüz, şəhərin mərkəzində evləri söküb bir kvadratmetrinə 1000 manat verirlər. Bu evlərdə 2-3 ailə yaşayıb. İndi onları verilən məbləğ qane etmir. Ya da şəhərin mərkəzində yaşayan insanlara Əhmədlidə ev verirlər. Bu da insanları qane etmir. Məncə buna hakimiyyət tez reaksiya verməlidir. Hər şeylə Pprezidentimiz maraqlana bilməz, amma məmurlar belə problemlərə diqqətli olmalıdırlar. İnsanlar məcbur olub şikayətlərini Prezidentə, Mehriban xanıma ünvanlayırlar, çünki bilirlər ki, onlar müdaxilə edıcıklır

- Sizi Mili Məclisdə danışmayan-passiv millət vəkilləri sırasına daxil ediblər. 

- Mənim bədbəxtiyim budur ki, Azərbaycan dilində yaxşı danışa bilmirəm. Məişət dilini bilirəm, danışıram, amma çıxış üçün yaxşı bilmirəm dili. İstəmirəm desinlər ki, dövlət dilini əzib tökür. Ən yaxşısı mən öz üzərimdə işləyirəm, dili yaxşı öyrənəndən sonra mən də danışacağam.  Danışıb utanmaq istəmirəm, səhv etmək istəmirəm. Yanlış anlaşılmaq istəmirəm.


İradə CƏLİL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi