Modern.az

Xarici diplomatlar Laçında görülən işlərlə tanış oldular

Xarici diplomatlar Laçında görülən işlərlə tanış oldular

Qarabağ

24 İyun 2023, 13:14

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri ilə tanış olublar.

 

Modern.az xəbər verir ki, diplomatlar Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.

 

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 tikili bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

 

Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə