"Vaqner" muzdlu döyüşçüləri artıq Rusiyanın Lipetsk vilayətinə daxil olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus bəzi teleqram kanalları məlumat yayıb.
Muzdluların vilayətə daxil olduğu deyilsə də, bununla bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
"Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronij şəhərlərini ələ keçirib.
