Modern.az

Azərbaycanda prezident seçkilərinin exzit-polu keçiriləcək - Qərar verildi

Azərbaycanda prezident seçkilərinin exzit-polu keçiriləcək - Qərar verildi

18 İyul 2013, 15:49
 
QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda  Alyansın son üç ayda gördüyü işlər, növbəti illik ümumi yığıncağının keçirilməsi, yeni üzvlərin qəbulu və digər vacib  məsələlər müzakirə edilib.

İclasa sədrlik edən Alyansın həmsədri Rufiz Qonaqov gündəlikdə duran məsələlər ətrafında ümumi məlumat verərək bildirib ki, yeni üzvlərin qəbulu və növbəti hesabat yığıncağının keçirilməsi ilə yanaşı, Alyans qarşıdan gələn prezident seçkisinin monitorinqinin davam etdirilməsi və exzit-polun aparılması ilə bağlı konkret addımların reallaşdırlması, 22 İyul Milli Mətbuat günü ilə bağlı Alyansın məlumatlarının cəmiyyətə çatdırlmasındakı dəstəyinə görə, həmin mətbuat orqanlarının Alyans tərəfindən mükafatlandırılması ilə əlaqədar qərarlar da verməlidir.  

Alyansın həmsədri Rəfail Becanov İdarə Heyətinin ötən iclasından sonrakı müddət ərzində görülən işlərlə  bağlı məlumat verib. O bildirib ki, ötən müddət ərzində bir sıra işlər görülüb.
”Bizim indiyə qədər başladığımız kampaniyalarımız da hazırda davam edir. İstər Xocalı, istərsə də Şuşa ilə bağlı başlanan kampaniyalarımız internet resursları üzərindən davam etdirilir. Alyansın “Facebook” sosial şəbəkəsindəki səhifəsində, QHT Əməkdaşlıq Qrupunda, istərsə də təşkilatlarımızın təsisçisi olduğu qruplarda bu fəaliyyətlər geniş şəkildə aparılır. Ölkədə nüfuz sahibi olan aparıcı QHT-lər sıralarımıza qəbul edilib və artıq alyans üzvlərinin sayı 62-yə çatıb. Bundan əlavə  may ayında “2013-cü il Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” mövzusunda geniş tədbir keçirilib. Tədbirdə həm yerli QHT-lər, həm beynəlxalq təşkilatların təmsilçiləri, həm də media geniş tərkibdə təmsil olunub. Bundan başqa Alyans rəhbərliyi daha iki təhlili açıqlama hazırlayıb. May ayında “2013-cü il prezident seçkisi öncəsi vəziyyətə dair Təhlili Açıqlama”mız, iyun ayında isə  “2013-cü il Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” ilə bağlı təkliflərimiz ictimaiyyətə təqdim edilib. Hər iki sənəd geniş əks-səda doğurub. Ona görə də hesab edirik ki, indiyə qədər olan fəaliyyətimiz qənaətbəxşdir”.

Gündəlik məsələlər ətrafında çıxış edən Alyansın İdarə Heyəti üzvləri Əliməmməd Nuriyev, Xanoğlan Əhmədov, Nailə İsmayılova, Mütəllim Rəhimli, Gülsel Səfərova, Ruhəngiz Hüseynova, Nərgiz Günəş, Vasib Sadıqov və digər üzvlər fikir və təkliflərini bildiriblər. QHT Əməkdaşlıq Alyansının İdarə Heyəti növbəti illik hesabat yığıncağının oktyabr ayında  keçirilməsi ilə bağlı qərar qəbul edib.

Alyansa yeni üzvlərin qəbulu ilə bağlı İdarə Heyətinə məlumat verilib. “Azəri Gənclər Alyansı” İctimai Birliyi (sədr Leyla Məmmədli),  “Sosial-İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyi (sədr Rövşən İsmayılov),  “Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyi (sədr Tofiq Əlizadə), “Odlar Yurdu” Gənclər İctimai Birliyi (Nigar Ələsgərova), “Azərbaycanın Gənc Dostları” İctimai Birliyi ( sədr Ceyhun Əsədov) Alyansa üzv qəbul olunub.   Geniş müzakirələrdən sonra qərara alınıb ki, Alyans bu il ölkəmizdə keçiriləcək prezident seçkisinin monitorinqini və seçki günü exzit-polun aparılması üçün konkret hazırlıqlara başlasın.

Daha sonra Alyansın iki illik fəaliyyətində məlumatların cəmiyyətə çatdırılmasındakı dəstəyinə görə 22 İyul Milli mətbuat günü ərəfəsində 20 Kütləvi İnformasiya vasitəsinə Alyansın mükafatlarının və diplomlarının verilməsi haqqında qərar qəbul edilib.  Qərara alınıb ki, mükafatlandırlan mətbuat orqanlarının adları 22 İyul Milli Mətbuat günü açıqlansın.

 
Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi