Modern.az

Zərdabi mükafatı alan jurnalistlərin adları açıqlandı - SİYAHI

Zərdabi mükafatı alan jurnalistlərin adları açıqlandı - SİYAHI

Media

19 İyul 2013, 13:30
 Azərbaycan Jurnalistlər Birliyinin katibliyi mətbuatda, o cümlədən teleradioda çalışan və peşəkarlıq baxımından yaradıcılıqları diqqət çəkən bir qrup jurnalisti 2013 - cü il üçün Həsən Bəy Zərdabi mükafatı laureatı elan edib.

Modern.az saytının məlumatına görə, tanınmış telejurnalist, şərhçi və publisist İbrahim Nəbioğlu çağdaş Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrə, Qənirə Ataşova (ANS TV) aktual mövzularda müsahibə və şərhlərə, Səadət Məmmədova (Yurd TV) “Sərt məntiq” verilişinə, Rəşad Rüstəmov (“Zerkalo” qəzeti) jurnalist araşdırmalarına görə H.B. Zərdabi mükafatı ilə təltif ediliblər.

Mükafatçılar arasında, həmçinin, Azərbaycan – Türkiyə əlaqələrindən bəhs edən “Baxıb Türkün Bayrağına...” kitabının müəllifi, publisist Namiq Əhmədov, ”168 - ci saat” həftəlik - analitik proqramının müəllifi və aparıcısı İnqlab Şirinov (EL TV, Yevlax), ölkənin ictimai - sosial həyatına həsr edilmiş silsilə məqalələrinə görə İlqar Rüstəmov (“Xalq qəzeti”), “Azadlıq” qəzetinin səhifələrində publisistik yazıları ilə çıxış edən Elnur Astanbəyli də var.

H.Zərdabi mükafatı ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacılının təşəbbüsü ilə təsis olunub. Mükafat sərbəst nominasiyalar üzrə verilir. Laueratlara diplom və pul mükafatı verilir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı