Arxiv
9 Aprel 2010, 16:00 | PARLAMENT
“Mən keçmiş namizədlərin üzərində mənəvi, siyasi və hüquqi qələbə qazanmışam”

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu günlərdə Ana Vətən Partiyasından (AVP) olan millət vəkili Zahid Orucun deputat seçildiyi 93 saylı Bərdə seçki dairəsindən deputatlığa keçmiş namizəd, “Azadlıq bloku”nun nümayəndəsi Nemət Əliyevin həmin instansiyaya ünvanlanan şikayətinin təmin olunması ilə bağlı qərar çıxarıb. Görəsən bu qərar AVP-çi millət vəkilinin həmin dairədən qeyri-qanuni deputat seçilməsi anlamını vermir ki? Onu da qeyd edək ki, artıq müxalifət mətbuatı bu qərarı məhz bu cür dəyərləndirir. Zahid Oruc bildirib ki, əgər həmin qərara diqqətlə nəzər yetirilsə, görünər ki, söhbət heç bir halda seçkilərin nəticələrinin şübhə altına alınmasından getmir. Qərarda əsas vurğu “ehtimal olunan narahatlığın” araşdırılması üzərinə yönəldilib: “Yəni, istər Mərkəzi Seçki Komissiyası, istər məhkəmə instansiyaları tərəfindən onun irəli sürdüyü məsələlərə deyil, daha artıq dərəcədə rəsmi nəticələrə istinad etməsi bir prosedur pozuntusu kimi göstərilib, bundan da çıxış edilərək, vurğulanıb ki, bu, mahiyyət etibarilə həmin şəxsin seçki hüquqlarına təsir göstərən bir amildir. Eyni zamanda görünən odur ki, əslində onlar bu məsələ üzərində real olaraq seçkilərin başqa bir formada keçirildiyini, yaxud qələbəmin şübhə altına alındığını iddia edə bilmirlər. Özünü mənə rəqib elan edən şəxslərin heç biri isə 2005-ci ildə ən minimal səviyyəli rəqabət imkanı göstərə bilməyiblər. Seçkiyə 5-10 gün qalmış müxtəlif yerlərdə parakəndə şəkil yapışdırmaqla və ya 5-6 kənddə çox məhdud saylı görüşlər keçirməklə bu insanlar düşünürdülərsə ki, qalibiyyət əldə edəcəklər, bu, çox yanlış idi. Əvəzində özümün o dönəmdə Bərdə camaatı ilə çox böyük bir etibarı, etimadı daşıyan ünsiyyətim mövcud idi. Təxminən 46-47 görüşümün fonunda rəqiblərim heç nə etmədilər və zatən mən onların heç birinə qarşı da mübarizə aparmadım. Sadəcə, insanların etibarı, etimadı uğrunda mübarizə aparırdım. Nəticə baxımından hər hansı məntəqədə belə pozuntuları özündə ehtiva edən və protokollarda hansısa rəqəmlərin aşındırılmasını, sürüşdürülməsini sübuta yetirən bir dənə olsun fakt ortaya qoyulmadı. Əksər komissiya üzvləri protokollara imza etdilər, hətta bunların arasında müxalifətdən olan komissiya üzvləri də var idi. İndi üstündən 5 il keçəndən sonra bu qərarın və bundan sonra da gözlənilən bir neçə qərarın verilməsi, əslində heç bir halda nə həmin seçkilərin nəticələrin sual altında qoyur, nə həmin şəsxlərin hansısa bir formada uğuru sayıla bilər”. Millət vəkilinin iddiasına görə, Avropa Məhkəməsi Mərkəzi Seçki Komissiyasının funksiyasını yerinə yetirə və yaxud onun elan etdiyi nəticələri dəyişdirə bilməz: “Bir daha qeyd edirəm ki, mən bu qələbəni Bərdə camaatının səsi ilə halal qazandığımı hər kəsə sübut edə bilərəm. Avropa Məhkəməsinin bundan sonra verəcəyi qərarları beynəlxalq təşkilatların, beynəlxalq birliyin hansısa bir mövqeyi kimi dəyərləndirib, onları Azərbaycan üzərində dəyənəyə çevirməyə çalışanlar da çox yanlış mövqedədirlər. Seçkilərə Avropa qurumları vasitəsilə hazırlaşmırlar. O insanlara, görünür ki, Bakıda təmərküzləşmə, toparlanmaq lazımdır. Bildiyim qədər bugünlərdə həmin qüvvələr qərar veriblər ki, ancaq paytaxtda mübarizə aparacaqlar. Əslində Azərbaycan əyalətlərinə, bölgələrinə gedərək buradakı insanlarla işləmək lazımdır. Mən keçmiş namizədlərin hamısının üzərində mənəvi, siyasi və hüquqi qələbə qazanmışam”.

Kamil HƏMZƏOĞLU             

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov 24 İyun 2019, 18:41 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06 Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!   24 İyun 2019, 18:02 Almaniyadakı iş adamı təkzib istəyir - “Yoxsa məhkəməyə verəcəm! 24 İyun 2019, 18:00 Ərdoğan 25 illik “eşqini” itirdi 24 İyun 2019, 18:00 Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb 24 İyun 2019, 17:35 Azərbaycan-Fransız Universitetinin 10 tələbəsi ilk 100-lükdə 24 İyun 2019, 17:29 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov 24 İyun 2019, 17:20