Modern.az

İTV-dən TƏKZİB: “Əməkdaşlarımızın dalaşması xəbəri yalandır”

İTV-dən TƏKZİB: “Əməkdaşlarımızın dalaşması xəbəri yalandır”

Media

19 İyul 2013, 18:23

İctimai Televiziya və Radio Yayımları Şirkəti telekanal əməkdaşlarının iş saatında dalaşması haqda bəzi mətbu orqanlarda yayılan xəbərləri təkzib edib. İTV-nin ictimaiyyətlə əlaqələr departamentindən Modern.az-a verilən məlumata görə, bu məlumatlar yalnışdı və həqiqəti əks etdirmir.

“Bəzi mətbuat orqanlarının dəqiqləşdirmədən İTV və qurumun əməkdaşları barədə qərəzli məlumatlar yaymasını jurnalist etikasına və mövcud qaydalara zidd hesab edirik. Peşəkar jurnalistikanın şərtlərinə görə informasiya bir neçə mənbədən dəqiqləşdirilməli və məlumatın mənbəyi mütləq göstərilməlidir.

“Azadlıq” qəzetinin 19 iyul 2013-cü il tarixli sayında İctimai Televiziyanın əməkdaşlarının guya iş vaxtı dalaşmasıyla bağlı yaydıgı dezinformasiya da bu qəbildəndir. Bəyan edirik ki, İctimai Televiziyanın departament direktoru Füzuli İsmayılovun öz əməkdaşı Vaqif Cabbarli ilə iş vaxtı dalaşması iddiası tamamilə həqiqətə uygun deyil və uydurmadır. Dezinformasiya çapa hazırlanarkən, həmin şəxslərlə heç bir əlaqənin yaradılmaması, İctimai Televiziya və Radio Yayımları Şirkətinə heç bir zəngin daxil olmaması media qurumlarının fəaliyyətini tənzimləyən qanunun və Konistitusiyanın müvafiq bəndlərinə ziddir. İctimai Televiziyada calışdıği 8 il müddətində müxtəlif ictimai-siyasi proqramların aparıcısı, şərhcisi olmuş fəlsəfə doktoru Füzuli İsmayılovun fəaliyyətində şirkətin iş prinsiplərinə zidd hec bir qanunsuz hərəkət qeydə alınmayıb. O ötən müddətdə jurnalist təşkilatlarının bir sıra mükafatlarina layiq görulub.

Böyük təəssüflə qeyd etmək istərdik ki, bəzi mətbuat orqanları İTV-nin rəhbərliyinin dəyişdirilməsi faktından istifadə edərək, telekanal kollektivi üzvləri arasında ixtilaf toxumu səpməyə calışır. Həmin nəşrlər yeni rəhbərlıyin şirkətdə nizam-intizam qaydalarına riayət etmək, proqramların keyfiyyətini artirmaq istiqamətində atdigi addimları cəmiyyətə yanlış istiqamətdə təqdim etməyə çalışır. Bu, hazırda İTV-də nümayiş olunan verilişlərin kefiyyətinin daha da yüksəlməsini, telekanalın beynəlxalq standartlar və ictimai yayım prinsipləri cərcivəsində yayımlanmasını gözardı etməyə və şirkətin fəaliyyətinə kölgə salmağa cəhddən başqa bir sey deyil”-deyə İctimai Televiziyanın təkzib bəyanatında qeyd olunub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?