Arxiv
9 Aprel 2010, 18:02 | MEDİA
«Media kuboku- 2010» start götürdü

 

“Trend” İn­for­ma­si­ya Agent­li­yi­nin konf­rans za­lın­da "Me­dia ku­bo­ku-2010" mi­ni-fut­bol tur­ni­ri­nin püş­kat­ma mərasimi ke­çi­ri­lib. Turnirin Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri, "Şərq" qə­ze­ti­nin baş re­dak­to­ru Akif Aşır­lı bildirib ki, ar­tıq 7-ci il­dir ki, "Şərq" qə­ze­ti­nin təş­ki­lat­çı­lı­ğı və tə­şəb­bü­sü ilə KİV ko­man­da­la­rı ara­sın­da mərhum dövlət başçısı Hey­dər Əli­ye­vin xa­ti­rə­si­ni anım ma­hiy­yə­ti da­şı­yan fut­bol tur­ni­ri ke­çi­ri­lir. Hə­mi­şə ol­du­ğu ki­mi, bu il də ənə­nə­vi tur­ni­rin ke­çi­ril­mə­si üçün la­zım olan bü­tün təd­bir­lər, təş­ki­la­ti iş­lər ye­kun­la­şıb. Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin İd­man Komp­lek­sin­də ke­çi­ri­lə­cək tur­nir AF­FA-nın ha­kim­lər kor­pu­su tə­rə­fin­dən ida­rə edi­lə­cək. A.Aşır­lı­nın ver­di­yi mə­lu­ma­ta gö­rə, ya­rı­şın spon­sor­la­rı ara­sın­da bu də­fə də­yi­şik­lik edi­lib. "Me­dia ku­bo­ku"nun son 5 il­də baş spon­so­ru olan "Bak­cell" şir­kə­ti­ni bu də­fə "AK­KORD" Şir­kət­lər Qru­pu əvəz­lə­yib. Ya­rı­şa hə­mi­şə ma­liy­yə dəs­tə­yi gös­tə­rən "Mu­ğan­bank" bu də­fə də ənə­nə­si­nə sa­diq qa­lıb.

A.Aşırlı bildirib ki, "Me­dia ku­bo­ku - 2010" uğ­run­da ya­rış­da 10 ko­man­da 2 qrup­da mü­ba­ri­zə apa­ra­caq. “İdman Azərbaycan” telekanalı, ATV, Spa­ce TV, Xə­zər TV, İctimai Televiziya, "Ye­ni Azər­bay­can", "525-ci qə­zet" + "Əda­lət" qə­zet­lə­ri, mət­bu­at ya­yım fir­ma­la­rın­dan isə "Sə­ma"nın ko­man­dası mü­ba­ri­zə apa­ra­caq. Tur­ni­rin təş­ki­lat­çı­sı "Şərq" isə bu də­fə ANS te­le­ka­na­lı­nın ko­man­da­sı ilə bir­gə mey­da­na çı­xa­caq.

Sonra «AKKORD» Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Quliyev çıxış edərək bildirib ki, media nümayəndələri arasında keçirilən bu nüfuzlu yarışmaya tikinti sektorunun lideri olan şirkət tərəfindən biganə münasibət ola bilməz. Bu səbəbdən də «AKKORD» KİV komandalarının həmrəylik turnirini bir qədər də maraqlı etmək üçün öz maliyyə dəstəyini göstərəcək. Yarışmada I yeri tutan komanda 1000 manat, II yeri tutan 500 və III yerin sahibinə 300 manat mükafat veriləcək. Bundan başqa ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və bombardir mükafatlandırılacaq.

Sonra püşkatma mərasimi keçirilib. Təşkilat Komitəsinin sədr müavini Yusif Nəzərli yarışmanın Əsasnaməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, budəfəki yarışmada 10 komanda 2 qrupda mübarizə aparacaq. Təşkilatçı komanda və «media kuboku»nun ən çox qalibi olmuş Az TV qrup liderləri təyin ediliblər. Püşkün nəticələri belədir:

 

A qrupu: 1. «Şərq»+ANS. 2. Space TV. 3. "525-ci qə­zet" + "Əda­lət". 4. Səma. 5. İctimai Televiziya.

 

B qrupu: 1. “İdman Azərbaycan”. 2. ATV. 3. Xəzər TV. 4. «Yeni Azərbaycan» qəzeti. 5. «Muğanbank».

 

Turnirin bütün matçları Bakı Dövlət Universitetinin idman kompleksində keçiriləcək.

 

  

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?