Modern.az

MİT diplomatın qətlini təşkil edən PKK-nın “rəhbər şəxs”ini zərərsizləşdirdi

MİT diplomatın qətlini təşkil edən PKK-nın “rəhbər şəxs”ini zərərsizləşdirdi

Dünya

5 İyul 2023, 11:34

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İraqın şimalında - Süleymaniyyədə gerçəkləşdirilib.

 

Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri, "İraq üzrə kəşfiyyat başçısı", diplomat Osman Kösenin qətlini təşkil edənlərdən olan Celal Kaya zərərsizləşdirilib.

 

Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi