Modern.az

Baş nazir Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik etdi

Baş nazir Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik etdi

Aktual

5 İyul 2023, 16:48

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri kimi təyin edilib.

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının rəhbəri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının Ailə məsələləri şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının Qadın və gender məsələləri şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının Uşaq məsələləri şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının Hüquqi-təminat şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

 

Dövlət Komitəsi Aparatının Analitik təhlil və informasiya şöbəsinin müdiri.”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar