Modern.az

Restoranda kütləvi dava - Bıçaqlananlar var

Restoranda kütləvi dava - Bıçaqlananlar var

Hadisə

8 İyul 2023, 09:24

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

 

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

 

Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar.

 

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat