Modern.az

“Bu filmə görə mənə Prezident Administariyasından məktub gəlmişdi” - MÜSAHİBƏ

“Bu filmə görə mənə Prezident Administariyasından məktub gəlmişdi” - MÜSAHİBƏ

24 İyul 2013, 12:24


Azərbaycanlı gənc aktyor və rejissor Kamran Ağabalayev bu yaxınlarda Belarusdan film çəkilişlərindən qayıdıb. Ağabalayev həm səfər təəəssüratları, həm də yerli seriallarımızla bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.

- Belarusun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Belarusfilm”in çəkdiyi “Babu” filmində baş rol almışdım.

-Bildiyimə görə ixtisasca rejissorsunuz...

- Daha çox ikinci rejissoram.

- Bundan əvvəl çəkildiyiniz filmlər olub?

- Cavid Təvəkkülün “Döngələr” televiziya serialında baş rollardan birini oynamışam. Hətta bu filmə görə Prezident Administariyasından təbrik məktubu gəlmişdi. Samir Kərimoğlunun “Mən evə qayıdıram” filminin də əsas rol ifaçısıydım. Yeqor Kançelovskinin, Leyla Əliyevanın və Nadir Maçanovun prodüserlik etdiyi “Bakı, mən səni sevirəm” filmində rəssam novellasında baş rollardan birini oynamışam.

- Qeyri-ixtisaslı kadr kimi bu filmlərdə rol almaq sizə çətin deyil?

- Yeddi-səkkiz yaşlarımdan kinomanam, Rusiyada, Belarusda bir çox film verilişlərinin qalibi olmuşam. Həmin bazam mənə çox kömək olur.

- Belarusda bir çəkiliş gününüzə nə qədər qonorar alırdınız?

- O film 23 çəkiliş gününə bitdi. Həmin çəkiliş günlərinin 13-də mən var idim. Həmin 13 günə 10 min dollar aldım. Bu, baş rol üçün idi.

- Bizim burdakı qiymətlərlə orda fərq var?

- Çox böyük fərq yoxdur. Bizim aktyorlar şikayətlərnirlər ki, qonorar aşağıdır. Hamısı boş söhbətlərdi. Elə filmlərimiz var ki, ordan daha yaxşı qonorar verirlər.

- Məsələn?

 - “Bakı, mən səni sevirəm”də, “Mən evə qayıdıram”da qonorar kifayət qədər yüksək idi. “Bakı mən səni sevirəm”də günümə min dollar almışam. Amma orda məndən də çox alanlar var idi. Məsələn, 2500-3000 dollar alan aktyorlar var idi.

- Kimlər idi onlar?

- Dəqiq bilmirəm, amma bilirəm ki var. Çünki o filmin kastinq direktoru da mən idim.

- Azərbaycanda 30 seriyadan ibarət seriala hansı məbləğ ayrılır?

- Elə seriya ola bilər ki, döyüş elementləri olsun. Elə kadr ola bilər ki, 3-4 kamera tələb edə bilər. Hər seriya üçün təxminən 8-10 min manat. Bu ilk təcrübə üçün az deyil.

- Hər seriala 10 aktyor 100 manatdan çəkilir. Deyək ki, 2 min manat da məkanlara ayrılır. Bəs qalan pullar?

- Məsələn, Belarusda bir aya, 70-80 min dollara 6-7 seriya çəkə bilirlər.

- Mənə maraqlı olan odur ki, ortada pullar itir. Bu hansı məqamda baş verir?

- Əvvəla bizdə peşəkar çəkiliş qrupları yoxdur. Seriallar var ki, cəmi iki nəfər çəkir və bununla fəxr edirlər. Bu nağıldır.

- İki üç nəfərlə serial?

- Bəli. Sonra da deyirlər ki, “iş bərbad alındı. Bərbad alınacaq da. Məsələn “Pərvanələrin rəqsi”nin reytinqi yaxşı idi. İTV-dəki “Döngələr”in reytinqi də əla idi. Hətta o filmə görə üç dəfə Belarusda olmuşam. Belarusdakı filmə də məni ordan görüb dəvət eləmidilər.

- Sizcə həmin 8-10 minin neçə manatı real olaraq xərclənir?

- Onu yalan deyərəm, bunu prodüserlər yaxşı bilər. Səkkiz min çox da böyük məbləğ deyil. Yəqin qırağa nəsə gedir ki, bərbad alınır da. Bu sahədə yeni addımlar atırıq, gələcəkdə yaxşı olacaq.

- Özünüzün çəkəcəyiniz serial var?

- Belə bir iş var, danışıqlar gedir.

- Sizə burda çəkilmək rahatdır yoxsa xaricdə?

- Burda çəkiləndə rejissora, onun əvvəlki işlərinə, operatora baxıb sonra razılıq verirəm. Rejissor və operator məni qane etmirsə, elə qiymət deyirəm ki çəkməsinlər.

- Bu qədər filmlərə çəkilmisiniz. Amma sima olaraq o qədər də tanınmırsınız...

- Yəqin ki, səbəb üstünlüyü xaricdə çəkilən filmlərə verməyimdir. Əslində baş rol oynadığım dörd filmin hamısının təqdimatı avqust-sentyabr aylarında olacaq. Yəqin ki ondan sonra daha yaxşı tanıyacaqlar.

- “Babu”nun burda təqdimatı olacaq?

- O filmdə azərbaycanlı ailədən söhbət gedir. Amma bütün qrup onlardandır. Yəqin ki burda da təqdimat olacaq.









İntiqam Valehoğlu
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir