Modern.az

Putinin İrana səfəri 2 gün çəkə bilər

Putinin İrana səfəri 2 gün çəkə bilər

Dünya

24 İyul 2013, 15:38



Rusiya prezidenti Vladimir Putin yeni seçilmiş prezident Məhəmməd Ruhani ilə görüşmək üçün avqustun 12-də İrana rəsmi səfər edəcək. Modern.az xəbər verir ki, səfərdə əsas məqsəd İranın nüvə proqramı ilə bağlı danışıqları diriltmək və İrana satılmalı olan S-300 raket kompleksi yerinə “Amyet-2500” kompleksinin verilməsidir.

İran Xarici İşlər Nazirliyindən “Kommersant” qəzetinə verilən məlumata görə, səfər avqustun 12-13-ə nəzərdə tutulub. Kremldəki mənbə xəbəri təsdiqləsə də, hələ səfərin bir, yaxud ikigünlük olacağının müəyyənləşmədiyini bildirib. Hər şey “formalaşmaqda olan səfər proqramından asılıdır”.

Sonuncu dəfə Putin İrana 2007-ci ilin oktyabrında Xəzər sammitində iştirak etmək üçün yollanmışdı. Bu səfəri zamanı o, prezident Mahmud Əhmədinejad və ali dini lider Ayətullah Xamneyi ilə görüşmüşdü. Həmin səfər həm də onunla tarixə düşdü ki, 1943-cü il Tehran konfransından sonra hələ heç bir sovet və Rusiya lideri İrana səfər etməmişdi. 

Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu