Modern.az

Ali Media mükafatını alanlara nə qədər pul verilib? - SİYAHI

Ali Media mükafatını alanlara nə qədər pul verilib? - SİYAHI

25 İyul 2013, 12:22


22 iyul Milli Mətbuat Günü ilə əlaqədar bir qrup media nümayəndəsinə Mətbuat Şurası tərəfindən Ali Media Mükafatı və Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Zərdabi mükafatı verilib.

Modern.az hər il bir qrup jurnalistə verilən bu mükafatların pul dəyərinin nə qədər olduğu ilə maraqlanıb.

Mətbuat Şurası tərəfindən jurnalistlərə verilən verilən Ali Media Mükafatının pulu belədir:

1-ci dərəcəli Ali Media Mükafatı - 5 min manat. Bu il həmin mükafat Milli Mətbuat günündə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədliyə təqdim olunub. 

2-ci dərəcəli Ali Media Mükafatı 3 şəxsə verilir, hərəsinə 2 min manat. Bu il qaliblər Elçin Mirzəbəyli (“Xalq Cəbhəsi” qəzeti), Bəhruz Quliyev (“Səs” qəzeti), Tapdıq Abbas (“Paralel” qəzeti) olub.

3-cü dərəcəli Ali Media Mükafatı isə 1000 manat olmaqla 5 nəfərə verilib. Bu siyahıda isə İsaməddin Əhmədov (Zərdabın "Əkinci" qəzeti), Yusif Rzayev ( “525-ci qəzet”), İlqar Rüstəmov (“Xalq” qəzeti), Bəxtiyar Qaraca (“Azərbaycan” qəzeti), Xalid Niyazov (“Respublika” qəzeti) mükafatlandırılıb.

Ali Media Mükafatından fərqli olaraq Zərdabi mükafatı alan jurnaklistlərə pul verilməyib. Belə ki, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bunu imkansızlıqları ilə əlaqələndirib.

“Pul mükafatı əvvəllər verilirdi. Birinci dəfə Amerikanın Azərbaycandakı Səfirliyinin xüsusi layihəsi əsasında verilirdi. Sonra isə “Ayna-Zerkalo”nun yaxşı vaxtları olduğu üçün özüm maliyyə ayırırdım. Amma artıq son 3 ildir ki, Zərdabi mükafatına layiq görülənlərə pul mükafatı verilmir”.

Qeyd edək ki, Zərdabi mükafatına bu il tanınmış telejurnalist, şərhçi və publisist İbrahim Nəbioğlu, Qənirə Ataşova(ANS TV), Səadət Məmmədova (Yurd TV), Rəşad Rüstəmov (“Zerkalo” qəzeti), publisist Namiq Əhmədov, İnqlab Şirinov (EL TV, Yevlax), İlqar Rüstəmov (“Xalq qəzeti”), Elnur Astanbəyli (“Azadlıq” qəzeti) layiq görülüb.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır