Modern.az

Əli Həsənovun həyat yoldaşı: “156-cı mənzilin mənə aidiyyəti yoxdur” - AÇIQLAMA

Əli Həsənovun həyat yoldaşı: “156-cı mənzilin mənə aidiyyəti yoxdur” - AÇIQLAMA

Media

25 İyul 2013, 16:14

Sona xanim «Jurnalistlərin evindəki nəinki 156-cı, ümumiyyətlə heç bir mənzilin mənə aidiyyəti yoxdur. Bizim mənzilimiz var və başqasına da ehtiyac duymuruq» . Modern.az bildirir ki,  bu barədə «Kaspi» qəzetinə açıqlamasında qəzetin təsisçisi Sona Vəliyeva bildirib. 

Xatırladaq ki, bəzi saytlar jurnalistlərin evində boş qalan mənzilin Sona xanıma məxsus olduğu barədə məlumat yayıblar. Onlar Mətbuat Şurasının «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyevanın adını məxfi saxladığını bildiriblər. 

Sona Vəliyeva bütün bunların təxribat olduğunu vurğulayıb. O əlavə edib ki, jurnalistlərin binasındakı sözügedən mənzil ehtiyatda saxlanılıb və onun kimə verilməsini prezident müəyyən edəcək. 

Sona Vəliyeva onun bu məsələlərdə adının hallanmasından təəssüfləndiyini bildirib və bu təxribatın jurnalistlərin peşə bayramı ərəfəsində görülmüş böyük işlərə kölgə salmaq niyyəti güddüyünü deyib. Yeni mənzil alan jurnalistləri təbrik edən S.Vəliyeva onlara yeni mənzillərində xoşbəxtlik və uğurlar arzulayıb. 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib ki, 156-cı mənzil Prezidentin Ehtiyat Fonduna daxil edilib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı