Modern.az

ANS-dəki köstəbək kimdir?

ANS-dəki köstəbək kimdir?

Media

26 İyul 2013, 00:18

Ötən gün bəzi elektron KİV-lər ANS Şirkətlər Qrupunda yaşanan qalmaqal barədə xəbər yaydılar. Xəbərdə ANS-in prezidenti Vahid Mustafayevin iclas keçirdiyi, orada işçilərə əsəbiləşdiyi, Anspress-in əməkdaşı Ulvira Qarayevanı işdən qovduğu, televiziya əməkdaşlarını tənqid etdiyi, aparıcı Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlədərək, ona guya, “satqın” dediyi bildirilirdi.

Xəbər saytlarda yayımlanandan az sonra Vahid Mustafayevin özü məsələyə münasibət bildirərək, Ulvira Qarayeva ilə əməkdaşlığa xitam verildiyini etiraf etdi, amma Qənirə Ataşova ilə bağlı məqamın yalan olduğunu qeyd etdi.

//www.mediaforum.az/images/articles/2009/09/01/mais memmedov 1.jpgModern.az-ın məlumatına görə, olaya ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov da münasibət bildirib. Anspress-dəki çıxışında M.Məmmədov bu xəbəri mətbuata sızdıran şəxsi ANS-dəki köstəbək adlandırıb:

“Təssüf ki, köstəbəklər hər yerdə var. Onlarla mübarizə aparılır, məhv edilir, amma onlar yenidən ortaya çıxırlar. Bu cür məxluqlar təəssüf ki, bizim kollektivdə də var. Ötən gün şirkət prezidentinin ənənəvi iclasında hovuzda iki yaşlı uşağın başına gələn faciəyə lazımı qədər diqqət ayırmadıqları üçün informasiya blokuna və onun rəhbərinə iradını bildirib. İrad ədalətdlidir və hamı onunla razılaşıb. Və elə ötən gün əməkdaşımız Qənirə Ataşova ayaqlarını itirən uşaq haqqında mükəmməl material hazırladı.
Köstəbək bunu tamamilə dəyişib və mətbuata tamam başqa cür ötürüb. Guya ki, rəhbərlik Qənirə Ataşovanı satqın və buna bənzər adlarla adlandırıb. Jurnalistlər asanlıqla mətbuat günü ərəfəsində "Zərdabi" mükafatına layiq görülən Qənirəyə zəng edə bilərdilər. O da, jurnalistləri maraqlandıran bütün suallara ətraflı cavab verə bilər, nəyin doğru, nəyin yanlış olduğunu deyə bilərdi.
Əfsus. Belə görünür ki, bizim həmkarlarımıza sensasiya lazım olub. Buna görə də onlar, heç kimdən heç nə soruşmadan bu sayaqlamanı öz səhifələrində nəşr ediblər. Əlbətdə Qənirə hər şeyin öhdəsindən gələcək. O, cürətli insan, istedadlı jurnalistdir. Ona da mənə olduğu kimi bir şey aydın deyil - belə iyrənc məlumat yazmamışdan öncə 24 saat telefonu açıq olan Qənirə ilə danışmaq olmazdı?
Həmkarlar bu yaxşı, jurnalistə yaraşan deyil. Köstəbəyi isə biz mütləq tapacağıq və bu barədə sizə də məlumat veriləcək. Biz öz xəbər vericimizlə yaxından tanış olmalıyıq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir