Modern.az

Sürücü öldü, arvadı və qızı yaralandı - Ağır qəza

Sürücü öldü, arvadı və qızı yaralandı - Ağır qəza

Hadisə

14 İyul 2023, 08:44

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

 

VAZ-21012 markalı minik avtomobilinin aşması nəticəsində 1990-cı təvəllüdlü Raul Süliddin oğlu Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Aynənsə Oktay qızı Məmmədova və 2013-cü il təvəllüdlü övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat