Arxiv
13 Aprel 2010, 12:35 | FOTOSÖHBƏT
APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə fotosöhbət
Vüsalə Mahir qızı Abışova 1979-cu ildə Ucar rayonunun Lək kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-cı ildən mediada çalışır. İlk iş yeri «Bakı Universiteti» qəzeti olub. "Hürriyyət, «Günaydın», «Bu gün», «Azadlıq», «Məkan» qəzetlərində çalışıb. 2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru olub. 2004-cü ilin noyabrından Azəri Press Agentliyinin (APA) baş direktorudur. Ailəlidir, bir qızı var.


 

Bu mənim ilk şəklimdi, 3 yaşım var.

 

Babam və mən. Onun ilk və sevimli nəvəsi olmuşam.

 

Nənəmlə birgə.

 

Orta məktəb illərindən xatirə:11-ci sinif. Sağdan ayaq üstə duran 3-cü şagird mənəm.

 

Bakıya ilk dəfə gəlmişəm. 1996-cı il.

 

"Bakı Universiteti" qəzeti tələbə ikən mənim ilk iş yerim olub.

 

Tələbəlik dövrümdə iştirak etdiyim yeganə qonaqlıq.

Bu da tələbəlik illərinin yadigar şəklidi. Elmi rəhbərim Azad müəllimin solunda dayanmışam.

 

Bakı Dövlət Universitetinin tələbələri rektor Misir Mərdanovla birgə. Soldan 2-ci mənəm.

 

"Bu gün" qəzetində işlədiyim vaxtlar. 2000-ci il.

 

Keçmiş "Press klub". Redaktorlar Birliyinin iclasındayıq.

 

Qurultayda iştirak edirəm.

 

"Xalq Cəbhəsi" qəzetinin redaktor korpusu. Gərgin və əsəbi iş şəraiti. 2001-ci il.

 

Mahmudəli Çöhrəqanlı "Xalq Cəbhəsi" qəzetinin redaksiyasına qonaq gəlmişdi.

 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi "Press klub"dakı tədbirdə çıxış edirəm.

 

Tanınmış şair Vaqif Bayatlı ilə birgə. 2001-ci il.

 

Türkiyədə diaspor tədbirindəyəm. 2006-cı il.

 

Belə geyimdə olduğum yeganə şəkilimdi.

 

Artıq APA-nı yaratmışıq.

 

Strasburqa səfərə getmişəm. 

 

Strasburqda "Azərbaycan evi"nin rəhbəri Mustafa bəylə görüşdə.

 

Fransada. APA-nın Avropadakı müxbiri Fuad Qulubəyli ilə birgə.

 

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenklə görüşərkən.

 

Türkiyə. Kayseridə Daxili Qoşunların rəhbərliyinin evindəyik.

 

APA-nın 5 yaşında kollektivin bir hissəsi ilə birgə.

 

Millət vəkili Qənirə Paşayeva ilə çox yaxşı rəfiqəyik

 

APA-nın 5 yaşını təbrik etməyə gələn qonaqlarla birgə. 

 

APA 5 il. Bütün gözlədiyim həmkarlarım orada idi.

 

APA-nın 5 yaşında sevincimin həddi-hüdudu yox idi. Özümüzə əl çalıram.

 

Moskvaya tədbirə getmişdik. Mətbuat Şurasının sədri Əflatun Amaşov fürsətdən istifadə edib məni Moskva ilə tanış etdi. 

 

Qazaxıstanın holdinqi ilə APA arasında müqavilə imzalanır. 

 

Atam, anam, bacılarımla birgə qardaşım Kamilin nişanındayıq.

 

"525-ci qəzet"in əməkdaşı İlhamə Qasımlının toyunda.

 

APA-Economics"in baş redaktoru Vüqar Mustafayevlə Astanada milli restorandayıq.

 

Bacılarım və bibim qızı ilə birgə.

 

Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə ilə debata çıxmışam.

 

Bacım və uşaqlarımızla.

 

"Zaman-Azərbaycan"ın Avstraliyaya gedən rəhbəri Enes Cansever APA-nın qonağıdır. Onunla həm də ailəvi dostuq.

 

Dünyalar qədər sevdiyim anamla...

 

Həyat yoldaşım Edip Nabikoğlu, qızım Sara və mən.

 

Bişkəkdəyəm.

 

Bu şəkil məndən xəbərsiz Azərbaycan Media Mərkəzində debatda olduğum zaman çəkilib. Çox xoşuma gəlir.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33