Modern.az

Xalq yazıçısı İsmayıl Ömərovdan yazdı

Xalq yazıçısı  İsmayıl Ömərovdan yazdı

Ədəbi̇yyat

26 İyul 2013, 18:04

Onun haqqında şayiə yaymaq tamamilə yersizdir

İsmayıl Ömərov İctimai Televiziyanın qurucusudur. Bu, bir tarixdir. Tarixi dəyişmək olmaz və s. Bununla bağlı  şayə xarakterli yazılar məni də bu məsələyə açıq şəkildə  münasibət bildirməyə vadar etdi.  

İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl müəllim Ömərov (İsmayıl Ömərovun adı ilə soyadı arasında müəllim sözü işlətməyim təsadüfi deyil) məhz müəllim xarakterli, saf  ürəkli, vətənpərvər  şəxsiyyət kimi tanınıb və işgüzar rəhbər işçi olub. İsmayıl müəllim İctimai Televiziyanın həyət-bacasından, gözəlliyindən tutmuş, daxilinin  səliqə-səhmanına, işçilərinin vəzifələrinə münasib seçilməsinə və fəaliyyət göstərməsinə qədər bütün məsələləri peşəkar səviyyədə həll etməsi ilə İctimai kanalın diapazonunun dünya miqyasında genişlənməsinə nail olub. Belə kadrların itirilməsilə cəmiyyətdə uçurum yaranır və bu uçurumun bərpası üçün uzun müddət kadr axtarışları aparmaq lazım gəlir. Buna görə də rəhbər işçinin fəaliyyətinə son dərəcə həssas münasibət olmalıdır. Ulu öndərimizin şəxsən seçdiyi yetirmələrinə xüsusilə diqqətli yanaşmaq lazımdır.

Həqiqəti danmaq olmaz. İsmayıl Ömərovun göz yaşları və alqışlarla yola salınması əbəs deyildi. O, Azərbaycanda  İctimai Televiziyanın  əsl mənada qurucusudur. Buna hər adamın hünəri çatmazdı. İctimai Televiziyada  bütün elədikləri bir yana,  təkcə “Azərbaycan” və “Təbrizim”  şeirlərinin  efirdə müntəzəm səslənməsinə görə İsmayıl müəllim böyük hörmətə layiqdir. Ona görə də belə hesab edirəm ki, İsmayıl Ömərovun haqqında  şayiə yaymaq tamamilə yersizdir.

Xalq yazıçısı İSA MUĞANNA

     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir