Modern.az

“Rüstəm İbrahimbəyovu qarşılamaq üçün hava limanına çox adam getməyəcək”

“Rüstəm İbrahimbəyovu qarşılamaq üçün hava limanına çox adam getməyəcək”

Təhsil

26 İyul 2013, 22:28

Milli Şuranın İctimai Əlaqələr Komissiyasının sədri, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, hazırda xaricdə olan Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov iyulun 31-də Azərbaycana gələcəyi gözlənilir. R.İbrahimbəyovun Tbilisidən Bakıya gəlməli olduğunu deyən M.Əlieyv bildirib ki, gələn həftə onu qarşılamağa hazırlaşırlar.

M.Əliyev R.İbrahimbəyov həbs ediləcəyi təqdirdə Milli Şuranın ehtiyat variantının olmadığını da qeyd edib.  “Tək variantımız var: Rüstəm İbrahimbəyov gəlir və qarşılanır”. M.Əliyevin sözlərinə görə, İbrahimbəyovu qarşılamaq üçün hava limanına çox adam getməyəcək.

”Heç kim belə bir məsələdən şou yaratmaq fikrində deyil. Fikrimcə, Rüstəm İbrahimbəyov kifayət qədər nüfuzlu adamdır və normal şəkildə gəlib öz mübarizəsinə başlayacaq”.

Milli Şura təmsilçisi R.İbrahimbəyovla bağlı hüququi problemlərin həlli üçün Amerika və Rusiyada iki qrup hüquqşünasın çalışdığını da qeyd edib:

“Bütün məsələlər Azərbaycan qanunvericiliyinə uyğundur. Bu baxımdan da hesab edirəm ki, iqtidarın ona qarşı hər hansı hüquqi irad tutmasına zəmin qalmayıb”.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür