Modern.az

Rəbiyyət Aslanova: “Komitənin planı hələ hazır deyil”

Rəbiyyət Aslanova: “Komitənin planı hələ hazır deyil”

Parlament

27 İyul 2013, 10:22


Sentyabrda Milli Məclisin payız sessiyası öz işinə başlayacaq və komitələrdə müxtəlif qanun layihələrinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq, hazırlanmış qanun layihələrinin müzakirəsi keçiriləcək.

Modern.az saytının məlumatına görə, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova payız sessiyasında bir sıra qanun layihələrini müzakirə edəcəklərini bildirib.  Deputat bu haqda danışmağın hələ tez olduğunu qeyd edib.

“Hələ qanunların daxil olması davam edir, yeni qanunlar olacaq. Yəqin ki, sentyabrın 1-2-dən sonra biz onu dəqiq müəyyən edəcəyik. Yeni qanunlar çoxdur və bundan başqa ayrı-ayrı yerlərdən qanunlar daxil olur. Ona görə tam siyahısını deyə bilmərəm”.

İş planlarının hələ hazır olmadığını deyən deputat bildirib ki, bu barədə indidən nəsə danışmaq tezdir.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!