Modern.az

Zəlimxan Yaqub: "Səhhətim yaxşılaşır, sevinirəm"

Zəlimxan Yaqub: "Səhhətim yaxşılaşır, sevinirəm"

27 İyul 2013, 10:26

Modern.az saytı  ötən ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunan və hər iki böyrəyi çıxarılan xalq şairi Zəlimxan Yaqubun səhhəti ilə maraqlanıb. Qeyd edək ki, bir neçə ay öncə Modern.az-a verdiyi müsahibəsində iyul ayının 15-də vaxtaşırı müayinə olunduğu Almaniyaya gedəcəyini söyləmişdi.

Xalq şairi hazırkı durumu barədə məlumat verib: “Əvvəlkinə nisbətən indi yaxşıyam. Almaniyada müalicə olunurdum. Ordan yeni qayıtmışam. Hazırda vətəndə müalicəm davam edir“. Onu da qeyd edək ki, səhhətində yaşanan problem xalq şairinin yaradıcılığında durğunluq yaratmayıb. Bir neçə gün öncə 13 cildlik əsərləri külliyyatının sonuncu – 13-cü cildi işıq üzü görüb. Son iki cilddə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sə­nət adam­la­rına açıq məktubları, onlar haqqında xati­rələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatı­mı­zın digər sahələrinə həsr olunmuş ak­tu­al yazıları top­lanıb.    

Elmin Nuri      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?