Modern.az

Vahid Əhmədov: “Bələdiyyələr vətəndaşların müraciətlərinə baxarkən süni əngəllər yaradılır” - FOTOLAR

Vahid Əhmədov: “Bələdiyyələr vətəndaşların müraciətlərinə baxarkən süni əngəllər yaradılır” - FOTOLAR

Təhsil

27 İyul 2013, 10:47

Modern.az xəbər verir ki, Qubadan seçilən deputat Vahid Əhmədov rayonda fəaliyyət göstərən ofisində seçicilərini qəbul edib və onları dinləyib. Qəbulda eyni zamanda Xaçmaz və Şabran rayonlarının vətəndaşları da iştirak edib.

Deputatla görüş zamanı ən çox qaldırılan məsələ ev tikintisi üçün torpaq sahələrinin ayrılması və kənd təsərrüfatı məhsullarının yerli və qonşu Rusiya bazarlarına daşınması və satışı ilə bağlı məsələlər olub.
“Belə ki, bir çox hallarda bələdiyyə orqanları vətəndaşların müraciətlərinə baxarkən süni əngəllər yaratmaqla, narazılıqlar yaradılır. Təəssüf ki, Quba şəhər bələdiyyəsi də belə halların çox baş verdiyi təşkilatlar sırasındadır. Bununla bağlı deputat bələdiyyə sədri ilə görüşüb, bəzi məsələləri həll edib”, – deyə V. Əhmədov qeyd edib.

V. Əhmədovun rayona səfəri zamanı Rustav kəndində deputatın təşəbbüsü ilə tikilən və Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlər üzrə Dövlət Agentliyi tərəfindən maliyyələşdirilən uşaq bağçası üçün nəzərdə tutulan binanın və onun yazılı müraciəti əsasında kənddə Səhiyyə Nazirliyi tərəfindən inşa olunan tibb məntəqəsinin tikintisi ilə tanış olub. Obyektin oktyabr ayında təhsil verilməsi planlaşdırılır. Daha sonra Vahid Əhmədov Qonaqkənd qəsəbəsində kənd sakinləri  ilə görüş keçirib. Növbəti qəbul sentyabr ayına planlaşdırılır.  













Aytən ƏLİYEVA
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır