Modern.az

Təhsil Nazirliyindən hicablı müəllimlərə tövsiyə

Təhsil Nazirliyindən hicablı müəllimlərə tövsiyə

Təhsil

27 İyul 2013, 12:06

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, məktəbə hicablı gələn müəllimin işdən çıxmağa sövq edilməsinin heç bir hüquqi əsası yoxdur.
“Bununla belə, hesab edirik ki, müəllim məktəbə əksəriyyətin qəbul etdiyi geyimdə gələrsə, daha məqsədəuyğun olardı”.

Məlumatda şagirdlərin yerdəyişməsi məsələsinə də toxunulub. Bildirilib ki, şagirdlərin yerdəyişməsi nazirlik tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir.
“Həmin qaydalara görə, yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsi, bəzi istisnalar nəzərə alınmaqla, qadağandır. Yerdəyişmə ilə əlaqədar əksər müraciətlər Təhsil Nazirliyinə ünvanlanır və burada baxılıb cavablandırılır. Məcburi köçkün məktəbinin direktoru yerli məktəbdə oxuyan uşağı müstəqil olaraq qəbul edə bilməz. Belə hallar aşkar edildikdə intizam tənbehi tətbiq olunur”.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!