Modern.az

Ərdoğan “Tayms” qəzetini məhkəməyə verir

Ərdoğan “Tayms” qəzetini məhkəməyə verir

27 İyul 2013, 12:14


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İngiltərənin ən nüfuzlu qəzetlərindən sayılan “Tayms” qəzetini məhkəməyə verəcək. Türkiyənin “Hüriyyət” qəzetinin məlumatına görə,  Ərdoğanın bu addımına səbəb qəzetin öz yazılarında onun haqqında böhtan xarakterli məlumatlar yaymasıdır. Onu qəzəbləndirən son hadisə isə bu həftə baş vermişdi. Qəzetin səhifələrindən birində Ərdoğana açıq məktub ünvanlanmışdı. Məktubda Ərdoğan diktator adlandırılır və İstanbuldakı “Gəzi parkı” aksiyalarında həlak olan 5 nəfərin ölümündə günahlandırılır. Məktuba dünyanın bir sıra tanınmış şəxsləri, o cümlədən Hollivud ulduzları Şon Penn, Syuzan Sarandon, Ben Kinqsli və Devid Linç imza atmışdı.


Vüqar İsmayılov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi