Modern.az

Nazirlikdən dəqiqləşdirmə: Bir sinifdə cəmi 20 şagird olmalıdır

Nazirlikdən dəqiqləşdirmə: Bir sinifdə cəmi 20 şagird olmalıdır

Təhsil

27 İyul 2013, 12:32

“Siniflərdə şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd edilib. Habelə qeyd edilib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə (2.6.-cı bənd), ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. 
Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 nömrəli qərarı) görə, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.

Qeyd edilənlərlə əlaqədar hər hansı bir sinfin göstərilən şagird sayından artıq sayda komplektləşdirilməsi düzgün deyildir. Onu da bildiririk ki, bəzən siniflərin normativdən artıq sayda komplektləşdirilməsi məktəbdə sinif otaqlarının çatışmazlığı səbəbindən baş verir.

 

Aytən Əliyeva

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür