Modern.az

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların təhsili haqda hesabat verdi

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların təhsili haqda hesabat verdi

27 İyul 2013, 13:26

“Hazırda 11814 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Onlardan 1105 xüsusi məktəblərdə, 2664 nəfəri xüsusi internat məktəblərində xüsusi təhsilə, 7750 nəfəri evdə təhsilə, 295 nəfəri isə inklüziv təhsilə cəlb olunub”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarını cavablandırılarkən qeyd edilib. Məlumatda deyilir ki, Təhsil Nazirliyi “2013-2020-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafına dair Dövlət Proqramı”nı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. “Sənəd layihəsinə əsasən, bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması, diaqnostikası, onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılması nəzərdə tutulmuşdur. Sənəd layihəsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində təsdiq olunması nəzərdə tutulan dövlət proqramlarının siyahısına da daxil edilmişdir. Dövlət proqramının təsdiq olunacağı təqdirdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili və cəmiyyətə inteqrasiyası ilə bağlı mövcud problemlər öz həllini tapacaqdır. 
Eyni zamanda onu da bildiririk ki, sağlamlıq imkanları məhdud uşaqların inkişaf etdirilməsi üçün 4 reabilitasiya-inkişaf mərkəzləri fəaliyyət göstərir ki, burada da 493 nəfər uşaq reabilitasiya xidmətlərindən istifadə edir”. 

Məlumatda həmçinin qeyd edilib ki, “Azərbaycan Respublikasında uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) ve alternativ qayğı Dövlət Proqramı (2006-2015) çərçivəsində hazırlanmış Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən Bərdə qarısıq tipli internat məktəbi inklüziv komponentli orta ümumtəhsil məktəbinə çevrilib. Gələcəkdə də sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin inklüziv məktəblərə çevrilməsi nəzərdə tutulur.

 

 

Aytən ƏLİYEVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir