Modern.az

Deputatdan vətəndaşa sual: “Sən bələdiyyənin işində hansı formada iştirak edirsən?”

Deputatdan vətəndaşa sual: “Sən bələdiyyənin işində hansı formada iştirak edirsən?”

Təhsil

27 İyul 2013, 13:41

“Bələdiyyələrin inkişafı artıq ölkənin inkişafı, ölkədə gedən iqtisadi sosial inkişaflarla sıx bağlıdır. Çünki cəmiyyət inkişaf edirsə, bələdiyyələr ölkə ilə birlikdə inkişaf etməlidir”. Bu sözləri Modern.az-a açılamasında Milli Məclisin Regional Komitəsinin üzvi, millət vəkili Tahir Rzayev deyib. O, qeyd edib ki, bələdiyyələrin fəaliyyətinə ölkədə ikili yanaşma var. “Çoxları bələdiyyələrin fəaliyyətləri və ya bələdiyyəçilik sahəsində gedən islahatlarla yaxından tanış olmadıqlarına görə fikir yürdürlər ki, Azərbaycanda bələdiyyələr yoxdur. Onların heç bir fəaliyyəti hiss olunmur”. T. Rzayev bildirib ki, demokratik cəmiyyətlərdə bələdiyyələr mövcuddur və onların inkişafı labüddür. “Çünki bu vətəndaş cəmiyyətidir və bu proseslərdə vətəndaşın rolu hiss olunur. Müəyyən nöqsanların olması təbiidir. Çünki komitənin bir neçə deputatı, başda Arif Rəhimzadə olmaqla bu yaxınlarda İstanbul Böyük Şəhər Bələdiyyəsinin iş təcrübəsini öyrəndik. Orada bələdiyyələrin yaradılma tarixi XIX əsrdə başlasa da, 80-ci illərdən bələdiyyələr formalaşıb. Bu uzun müddətli prosesdir, cəmiyyət buna hazır olmalıdır ki, onlar bələdiyyələrin fəaliyyətində yaxından iştirak etsinlər, o prosesə təsir etmə gücünə malik olsunlar, bələdiyyələrin fəaliyyəti ilə yaxından maraqlanıb, onların hesabatlarının dinlənməsinə, vergilərin toplanmasına, bələdiyyələrin maliyyə vəsaitlərinin xərclənməsinə bilavasitə özləri nəzarət edə bilsinlər. Bunlar olmadığı üçün müəyyən nöqsanlar var”.

Deputat bildirib ki, bələdiyyələrin vergisi, ödənişi olmadan onlar fəaliyyət göstərə bilməz. Çünki onun maliyyə bazası olmalıdır. “Vətəndaşlar gileylənir ki, bələdiyyələr fəaliyyətsizdir. Amma gileyli vətəndaşa sual vermək lazımdır ki, sən bələdiyyə institutunda hansı formada iştirak edirsən?.. Vətəndaşlarımız vergi verməkdən imtina edirlər. Belə olanda bələdiyyə hansı iş görə bilər və hansı tədbirlər həyata keçirə bilər!?” Azərbaycanın iqtisadiyyatı ilə inkişaf edən ölkə olduğunu deyən T. Rzayev bildirib ki, ölkədə bu qədər istirahət zonaları, şadlıq evləri, əyləncə mərkəzləri olsa da onların heç biri bələdiyyələrə ödənişlər etmirlər. “Bütün bunlar xarici ölkələrdə bələdiyyələrə ödənişlər edirlər. Bundan əlavə, əmlak vergisinin, torpaq vergisinin toplanmasında problemlər var. İstənilən sahə üzrə qanunlarımız var. Bu qanunlara əlavə və dəyişiklər də gedir. Nəzərdə tutulub  ki, gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin artırılması üçün müəyyən qanun qəbul edək. Bunun üçün təhlillər gedir”. 

T. Rzayev qeyd edib ki, parlament komitəsinin gündəliyində bələdiyyələrin hesabatlarının dinlənilməsi haqqında qanunda dayanır ki, bu da bir çox sahələri əhatə etdiyindən ekspert rəyinə möhtacdır. “Təbii ki, işinin öhdəsindən gəlməyən bələdiyyələr də var. Amma bir çox bələdiyyələr var ki, öz işlərini çox yaxşı qururlar, yaxşı işləyirlər. Təbii ki, bu təkmilləşdirilməlidir. Bundan əlavə, inzibati ərazi quruluşu, bir çox kəndlərinin adlarının adının dəyişdirilməsi, yeni kəndlərin yaradılması, yeni inzibati ərazi dairələrinin yaranması ilə bağlı yerlərdən təkliflər gələndə biz bunları müzakirə edirik və gündəliyə həmin məsələlər salınır”.

  Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?