Modern.az

Üzlər bizimlə səssiz danışır – bunu necə anlayaq?

Üzlər bizimlə səssiz danışır – bunu necə anlayaq?

27 İyul 2013, 13:45

İnsan olaraq həmişə qarşımızda olan şəxsi tanımaq istəyirik. Amma özümüzdən xəbərsiz, şüuraltı olaraq ünsiyyətdə olduğumuz şəxs barəsində ilk 7 saniyədə ilkin qənaətə gəlirik. Bəli beynimiz, başqa cür desək şüurumuz müstəqil olararq, bizdən xəbərsiz qərarlar qəbul edir. Bu zaman maraqlı mənzərə ilə rastlaşırıq. Hökmü verən kimdir, şüur yoxsa şüuraltı proseslər. Əslində buna bir əncam çəkmək mümkündür. Bu səbəbdən ətrafa qarşı bir az duyğusal yanaşıb, baş verənlərin fərqində olarsaq davranışların bizim təhltəlşüurumuza (şüuraltı) təsirindən öncə onları hiss edib şüurlu halda idarəetməni öz əlimizə almış olarıq. Nə isə bu məsələni çox uzatmadan oxucularımıza NLP (Neyro Linqvistik Proqramlaşdırma) haqqında növbəti yazını təqdim edirk.

Müsahibizmiz NLP master Babək Bayramovla bu dəfə “Üz oxuma texnikası” və ya “Fizioqnomiya”  haqqında danışdıq.  Yaxşı bu üz oxuma texnikası nə olan şeydir. Mütəxəssisimizin təbirincə desək, çox qədim dövrlərdən başlayaraq müdriklər insanların üzlərinin quruluşu ilə xarakteri arasında bir əlaqə qurmağa çalışmışlar. Bu üsulun təməlində daim insanın bədən quruluşu və psixologiyası arasında bir əlaqənin olması inancı olub. “Fizioqnomiya” termininə gəlincə, bu söz yunanca “physis” – “təbiət” və “qnomon” -  “mühakimə” sözlərinin birləşməsindən əmələ gəlib. Fizioqnomiya ilk dəfə qədim Çində meydana gəlib. Çinlilər insanların üz cizgilərinə görə onların xarakterik xüsusiyyətlərini oxuma üsulundan istifadə edərək, ayrıca uğur səviyyələrini müəyyənləşdirməyə çalışıblar.

  -İnsanların üzləri bizə nə deyir?   

-İnsanların üzünə baxanda, müxtəlif hislər keçiririk. Belə anlarda anlar bizə elə gəlir ki, insanların üzləri nəsə ifadə edir, başqa sözlə desək, onların üzləri bizimlə “səssiz danışır”. Bəs onların bizə dediklərini anlaya bilirikmi? Əminəm ki, çoxunuz bu yerdə tərəddüd etdiniz. Ancaq bu o qədər də çətin deyil. Təsəvvür edin ki,  vacib bir işgüzar görüşdə, yaxud iclasdasınız. Bir az əvvəl tanış olduğunuz və bu an sizinlə bağlı bir qərar verəcək adamın necə bir insan olduğunu bilmədiyiniz üçün, necə davranmanız lazım olduğunu da bilmirsiniz. Bu zaman onun üzünə diqqətli baxın. Orada, necə danışmanız, iclas əsnasında nəyə diqqət yetirməniz, suallara hansı formada cavab verməniz lazım olduğunu anlaya bilərsiniz. Üz oxuma texnikası, sadəcə insanların üzlərinə baxmaqla onlar haqqında çox şey - düşüncə qəlibləri, problemləri necə həll etməsi, ünsiyyət qurma üsulları, işgüzar davranışları, pula münasibəti, öyrənməyə meyli, stressə dayanıqlılığı kimi məsələlərdə bələdçilik edir. Bu üsulla, qarşınızdakı adamla necə rəftar etməyin lazım olması barədə bilik sahibi olarsınız. Satış əsnasında, məhsulun verdiyi faydaları lazım olduğu kimi izah edə, lazımi qaydada ünsiyyət qura bilərsiniz.   

- Siyasətdə və satışda insanlara təsir etməyi bacarmaq lazımdır?

- 1940-cı illərdə amerikalı hüquqşünas Edvard Vinsent Cons, nəinki üz oxuma üsulları ilə maraqlanırdı, o həm də “üz dili”nin tədqiqatları üçün institut yaratmışdı. Sonrakı illərdə Robert L. Vaytsayd və Vilyam F. Burdusan, üz oxumaqla əlaqədar apardıqları geniş araşdırmalarında 68 əsas üz xassəsini 1200 dəfədən çox təcrübədən keçirmiş və nəticələrin statistik analizində 93%  nisbətində uğur əldə ediblər. Üz oxuma texnikalarının “General Electric”, “MCI”, “American Airlines”, “Deloitte and Touche”, “Peoplesoft” kimi dünyanın böyük təşkilatları tərəfindən insan resursları, siyasət, satış texnikasının inkişaf etdiriliri və digər sahələrdə istifadə edilir. Bir çox beynəlxalq təşkilatlar diplomatik müzakirələr zamanı, dialoq masalarında üz oxuma üzrə mütəxəssisləri işçi qruplarına daxil edirlər. Siyasətçilər insan əlaqələri, ünsiyyət strategiyası, rəqabət strategiyası kimi mövzularda üz oxuma texnikalarından faydalanırlar.   

Açıq qaşlar və böyük burun liderlik xüsusiyyətini bildirir

Babək müəllimdən bu sənətin bəzi sirlərini bizimlə bölüşməsini təkid edirik. O da üz oxuma sənətini tədris edən  Toxtamışoğluya əsaslanaraq aşağıdakı bir neçə izahı verir.   

QULAQLAR 

Böyük: Dinləyici, yaxşı niyyətli 

Kiçik: Özünə yönəlik 

Xaricə doğru: Müstəqil hərəkət edən, nə edəcəyi naməlum   

YANAQLAR 

Çökək: Güc simvolu 

Dolğun: Ünsiyyətə açıq, bacarıqlı təşkilatçı   

AĞIZ 

Kiçik: daxilə dönük 

Küncü yuxarı doğru: Mülayim 

Nazik dodaqlar: Küsəyən 

İri qabaq dişlər: İnadkar   

ÇƏNƏ 

İri çənə sümüyü: Qərarlı, üstün olma meyli 

Çıxıntılı: Son sözü deməyə meylli, inadkar və qərarlı 

Geridə: Münaqişədən qaçınan,  etik dəyərlərə önəm verən    

ALIN 

Dəyirmi və dolğun: Orijinal fikir deyən, qatı qaydalardan xoşlanmayan 

Açıq: Güclü yaddaş, vizual yaddaş 

Düz: Məntiqli irəliləmə, nizamlı məlumat axını gözləyən, tələsməkdən xoşlanmayan  

QAŞLAR 

Kaman kimi: İnsana yönəlik, təcrübi tətbiqata önəm verən 

Bucaqlı: Nəzarəti əldə saxlamağa çalışan, liderlik xüsusiyyəti 

Gözlərə yaxın: Sürətli düşünən, nəticəcəyə köklənmiş, tənqidə meylli 

Qalın və çox tüklü: Daim düşünən, fikir yaradan, aktiv 

Çatma: Problemə köklənmiş  

GÖZLƏR 

Yuxarı doğru: Müsbət dünyagörüşü,  yüksək təxəyyül 

Aşağıya doğru: Dinləməyə meylli, səhvləri qəbul edən 

Batıq: Müşahidəçi, ehtiyatlı, reallığa önəm verən    

BURUN 

Böyük: Nüfuz sahibi, işə xeyir vermək istəyən, liderlik xüsusiyyəti 

Qısa: Xırdalıqları sevən, dəstəkləyici mövqe tutan, məhsuldar, çox işləməkdən çəkinməyən 

Ortası bükük: Dəstəklənmə və motivasiya ehtiyacı olan, uğurları hisləri ilə əlaqəli olan 

Ucu aşağı doğru və iti: Özünə köklənmiş, mərhəmətsizliyə meylli, rəqabətçi və bəzən təzyiqə meylliliyi ifadə edir.   

Məsələnin aydın izahı üçün gəlin bir neçə siyasi liderin üzün oxuyaq. Bu da nəticə...   

Problemlərə qarşı hər zaman hazır Ərdoğan!  

R. Tayyib Ərdoğan: Alın quruluşu, məntiq çərçivəsində və addım-addım irəliləyərək düşündüyünü büruzə verir. Aldığı məlumatların məntiqə uyğun olmasını və operativ verilməsini sevir. Qaş quruluşu, incəlikləri araşdırmaq istəyən bir şəxsiyyəti ələ verir. Göz quruluşu, dünyagörüşü etibarı ilə hər an problem çıxmasına hazır olan bir şəxsiyyəti ifadə edir. Qulaq quruluşuna görə isə, başqalarından eşitdiklərindən çox, özünə aid dünyagörüşünə  köklənmiş bir  adamdı.  

Qüvvətli yaddaşa və böyük sirlərə malik Klinton!  

Hillari Klinton: Geriyə dartılmış alın, qüvvətli və vizual yaddaşa işarədir. Elastik, yeniliklərə uyğun, müvəqqəti yanaşmadan xoşlanan şəxsiyyət qrupuna aiddi. Qanad şəklindəki qaşlar uzaqgörənliyi bildirir. Yanaqlarından çənəyə uzanan cizgilərə görə fitri ünsiyyət ustasıdır. Göz kənarındakı cizgilər geniş fikirli olduğunu, böyük çənə sümüyü mübariz olduğunu göstərir. Ağız kənarındakı xətlər təmkinli olduğunu, kimsənin bilmədiyi sirləri olduğunu büruzə verir.

 

Elçin MURAD

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır