Modern.az

Küləkli sərin hava davam edəcək

Küləkli sərin hava davam edəcək

27 İyul 2013, 10:29

İstirahət günü Bakıda yenidən güclü şimal küləyi əsəcək, temperatur nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 28-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Hava dəyişkən buludlu və yağmursuz olacaq.

İyulun 28-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə olacaq. İyulun 29-dada paytaxtda küləkli sərin hava şəraiti hökm sürəcək.

Azərbaycanın rayonlarında iyulun 28-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Havanın temperaturu gecə 19-24, gündüz 28-35 dərəcə olacaq.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər